Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (6-12-2018, 12:12)
Alimentə görə qayınatasını öldürənin qardaşı danışdı

 Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilənSamir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində S.Şabanovun qardaşı Sahib Şabanov ifadə verib.
O deyib ki, qardaşının həyat yoldaşı ilə aralarındakı münasibət normal olsa da, sonradan alimentə görə münasibət pozulub:
“Boşanandan sonra məhkəmə qərar çıxardı ki, ayda 100 manat aliment ödəsin. Amma hər ay ödəmədi. Hadisə baş verən gün də məhkəmə olacaqdı. Mən atamı xəstəxanaya apardım. Samir də məhkəməyə getmişdi. Axşam gələndə dedi ki, alimentə görə dörd min manat borcu var və məhkəmə ödəməsini tələb edir. Dedi ki, Zülfiyyəni atası Hətəmlə məhkəmədən sonra mübahisə edib. Mən də fikir verməməsini istədim”.
S.Şabanov deyib ki, qardaşının Hətəm Şabanovu öldürməsini anasından eşidib:
“Anam dedi ki, qardaşım gətirib, telefonu verib. Anama söyləyib ki, Hətəmi öldürüb. Mən inanmadım. Çünki bir neçə dəfə də demişdi. Mən qardaşımın belə cinayət törədəcəyinə inanmırdım. Buna görə də gedib yatdım. Şəhər polislər gələndə qardaşım da evdə idi. Bizi polisə apardılar”.
Məhkəmədə mərhumun yaxınları ilə Samir Şabanovun ailəsi arasında bir neçə dəfə mübahisə yaranıb.
Qeyd edək ki, hadisə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. H.Şabanov Samirin keçmiş qayınatası olub. Onların arasında alimentin ödənilməsinə görə mübahisə yaranıb və Samir sonuncunu qətlə yetirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024