Kriminal (29-03-2019, 21:24)
Polkovnikin bir milyonluq dələduzluq işində adı keçən şəxsə - HÖKM

Mediatv.az xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Q.Sultanov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Şükürov ümumilikdə bir milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.
İttihama görə, o, İlqar Əliyevi işə düzəltmək, Xanımbacı İsmayılovanın isə qızı və nəvəsinin cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib.
S.Şükürov məhkəmədə ifadə verərkən bildirib ki, pulu Q.Sultanova verib. Adı cinayət işində keçən Q.Sultanov daha sonra həbs edilib. Onun cinayət işi ayrıca icraata alınıb. Həmin şəxs də məhkəmə iclasında şahid qismində dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, zərərçəkmiş X.İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub.
Həmin şəxslər qohumları R.Salmanovun dörd milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025