Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (29-12-2016, 18:49)
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı

Bu il dekabrın 21-də LEGION saytında Bakı şəhər sakini Vüqar Bağırovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub. Müraciətdə Vüqar Bağırov qeyd edir ki, o, 2011-ci ildə Emin Hüseynov adlı iş adamı ilə birgə fəaliyyətə başlayıb. “Mən onun MDB ölkələri və Türkiyə ərazisində həyata keçirilən bəzi layihələrində iştirak etmişəm. Onun sonuncu layihəsinin həyata keçirilməsi üçün mən Emin Hüseynova 3 milyon 500 min dollar ayırmışdım. Amma layihənin həyata keçirilməsi gecikirdi deyə, mən Emin Hüseynovdan pullarımı geri qaytarmasını tələb etdim.

Emin cavab olaraq bildirdi ki, pullar onun qohumlarındadır. Mən bibim oğlu Azər Əmiraslanova (Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, Millət vəkili Əhliman Əmiraslanovun oğlu – red.) öz problemlərim haqqında danışarkən, o borcun qaytarılmasında mənə kömək edəcəyini vəd etdi. Həqiqətən də Azər Əmiraslanov Emin Hüseynovun qohumlarından mənə məxsus 3 milyon 500 min dolları ala bilib. Amma o, mənə cəmi təxminən 2 milyona yaxın dollar verib. Yerdə qalan 1 milyon 534 min dollar məbləğində pulu isə Azər Əmiraslanov mənimsəyib. Mən ona bizim qohumluq əlaqələrimiz barədə xatırlatdığımda isə Azər dedi ki, belə anlayışlar keçmişdə qalıb. “Bu gün hər kəs özünə cavabdehdi”,- Azər mənə dedi.

Ailə üzvlərim öz narazılıqlarını bildirdikdə isə o dedi ki, 1 milyon yarım dollar onun payıdır. “Başqası bu işə görə daha çox götürərdi”, – deyə Azər Əmiraslanov bildirib. Son görüşümüz zamanı Azər Əmiraslanov bildirdi ki, əgər bir daha pul üçün müraciət etməyə cəhd etsəm, o məni həbsxanaya saldıracaq”,- deyə Vüqar Bağırovun müraciətində deyilir.

LEGION onun Vüqar Bağırovun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmaq üçün dəfələrlə Azər Əmiraslanov ilə əlaqə saxlamağa cəhd edib. Amma təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Qeyd edək ki, bu günlərdəLEGİON-da “Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu (və Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu) Qoşqar Zeynalov Rahib İsmayıl oğlu Hüseynovu və Emin İsmayıl oğlu Hüseynovu milyonlarla dolları “atmaq” ittihamı ilə həbs etdirib və indi qardaşlar təcridxanada saxlanılır.

Rahib və Emin Hüseynovların vəkili Sevil Hacıyeva LEGİON-a bildirmişdi: “Məsələ ondadır ki, istintaqa nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib.

2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”. Dekabrın 28-də LEGİON əməkdaşı A.Əsgərovun baldızı, yəni, Rahib və Emin Hüseynovların anası ilə Lətifə Hüseynova ilə əlaqə saxladı.

“Lətifə xanım, oğlunuz Eminin Vüqar Bağırova olan borcunu Azər Əmiraslanov tələb etmişdi sizdən?” – deyə soruşduq. “Bəli. Özüylə şəxsən görüşmüşəm, 2 il əvvəl “Banditizm”də Canpolad Daanovun kabinetində Azər Əmiraslanov kefli halda içəri girib məni təhqir etməyə başladı. Vüqar Bağırov özü mərifətli adamdır, Azəri sakitləşdirməyə çalışdı… amma Azər başladı ağzına gələni danışmağa. Bilinmir, içmişdi, ya çəkmişdi… Müstəntiq əsəbiləşib onu otaqdan bayıra çıxardı.

Bu məsələdə Azər Əmiraslanov qabağa düşmüşdü, oğluma hədə-qoru gəlirdi ki, səni elə edərəm, belə edərəm. Sonra tez-tez onun köməkçisi Vüqar Cavadov bizə zəng edir, pulu tələb edirdi. 1 milyon 700 min manatdan çox pulu bizim sürücü aparıb Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova verdi. Qalan pulu isə Azər Əmiraslanov qaynım Arif Əsgərovdan aldı. Sonra öyrəndim ki, Azər Əmiraslanov bu pulun böyük hissəsini mənimsəyib.

Mənim Vüqar Bağırovdan heç bir narazılığım yoxdur, çünki özünü bizə qarşı həmişə hörmətlə aparıb”, – deyə L.Hüseynova bildirdi. Biz Vüqar Cavadovun mobil nömrəsini əldə edərək, özüylə əlaqə saxladıq. Sualımıza keçməmiş, LEGİON-dan olduğumuzu eşidən V.Cavadov “mən indi tədbirdəyəm, sonra sizə yığaram” deyib dəstəyi asdı. Sonra isə Vüqar Cavadovla danışa bilmədik. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024