Cəmiyyət (25-08-2014, 13:50)
Azər Əsgərovu 200 manat cərimələyib buraxdılar
AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərov bir gün polisdə qalandan sonra avqustun 25-də buraxılıb
O, polisi təhqir etdiyinə görə 200 manat cərimə olunub.
Azər Əsgərov “Azadlıq” radiosuna bildirib ki, avqustun 24-də 18-ci polis bölməsinə çağrılıb, ona işilə bağlı yeniliklər olduğunu deyiblər: «Həyətdə mənə dedilər ki, işinə baxan hələ gəlməyib. Sonra polis yaxınlaşıb dedi ki, «niyə sinəni qabağa verib dayanmısan, köynəyinin yaxasını açmısan?» və sairə».
Bundan sonra Azər Əsgərov polisə müqavimətə görə Nərimanov rayon məhkəməsinə gətirilib. O, dövlətin təyin etdiyi vəkildən imtina edib. Bir gün polisdə saxlanan Əsgərov ona göstərilən münasibətin pis olmadığını deyir.O, avqustun 25-də çıxarılmış məhkəmə qərarından apelyasiya şikayəti verməyəcəyini, cəriməni ödəyəcəyini bildirir.
Bu il martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Bundan sonra rəsmilər binanın artıq yaşayış üçün təhlükəli olduğunu deyərək onu söküblər.
Mənzilin sahibi Azər Əsgərov və AXCP isə binanın zirzəmisində partlayışın qəsdən törədildiyini deyirlər. Əsgərov sökülən mülkü ilə bağlı məhkəməyə müraciət etmişdi. O, mülkünə görə 3 milyon manat kompensasiya istəyir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024