Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:58)
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO

 Azərbaycanın sabiq Baş naziri Fuad Quliyev 29 ildən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Bakının Təzə Pir məscidində Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Emin İbrahimovla vida mərasiminə qatılıb.
84 yaşlı F.Quliyev yaşına baxmayaraq gümrah görünür. Əldə etdiyimiz məlumata görə, eks Baş nazir və həyat yoldaşı Bakı kəndlərindən birində bağ evində yaşayır. O, keçmiş iş yoldaşları, dostları ilə görüşür, yas, toy mərasimlərinə qatılır.
 Məlumata görə, F.Quliyevin 2 övladı var və onlar hazırda ABŞ-da yaşayırlar. Amma vaxtaşırı Bakıya gələrək valideynlərinə baş çəkirlər.
Qeyd edək ki, Quliyev Fuad Xəlil oğlu 1941-ci il iyulun 6-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil alıb.
Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, o cümlədən “Bakı kondisionerləri” zavodunun direktoru olub.
1994-1995-ci illərdə Baş nazirin birinci müavini, 1995-ci il mayın 2-dən 1996-cı il uyulun 20-dək Baş nazir vəzifəsində çalışıb. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub.
F.Quliyev vəzifədən getdikdən sonra heç vaxt müsahibə verməyib, rəsmi və başqa formatlarda keçirilən tədbirlərə qatılmayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025