İqtisadiyyat (6-01-2015, 15:46)
Bank faizlərinin aşağı salınması üçün təklif
Rəşad Həsənov: “…xarici bank sektoru ölkə bazarına daxil olmalıdır”
Bildiyimiz kimi, prezident İlham Əliyev yeni il ərəfəsi tapşırıq vermişdi ki, bank faizləri aşağı salınsın. Bu fonda prezidentin tapşırığından sonra gözləmək olarmı ki, bank faizləri nəhayət, aşağı düşsün?
Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bu azalmanın baş verməsi üçün bir sıra addımların atılmalı olduğunu bildirdi. Onun sözlərinə görə bu istiqamətdə xüsusən də rəqabət mühitinin yaradılması və xarici bankların ölkə bazarına daxil olması mühüm rol oynaya bilər: “Görünən odur ki, adminstrasiyanın siyasi iradəsi faiz dərəcələrinin aşağı salınması istiqamətindədir. Lakin mövcud şərait bu vəziyyətin əleyhinə işləyir. Belə ki, bankların kredit portfelinin formalaşması məsələsi ciddi problemlərdən biridir. Bildiyiniz kimi, hazırda bankların kredit portfelində əmanətlərin miqdarı təxminən 40 faizdir ki, bu da yüksək faiz dərəcəli kreditlərin verilməsinin əsas şərtlərindən biridir. Belə ki, vətəndaşdan ən yaxşı halda, sığortalanan formada 9 faizlə, daha çox hallarda isə 11-12 faizlə əmanətlər cəlb olunur. Belə olan halda, Mərkəzi Bank öz vəsaitlərindən istifadə edərək bankların kreditləşməsində aktiv iştirak etməlidir. Mərkəzi Bankın hazırda kifayət qədər ehtiyatı vardır. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 3,5 faiz olsa da, təcrübə göstərir ki, daha aşağı faizli inflyasiyanın müşahidə olunduğu ölkələrdə, xüsusən də inkişaf etmiş dövlətlərdə, aşağı uçot dərəcəsi tətbiq etməklə ölkədə kredit faizlərinin aşağı salınmasına təsir göstərmək olar. Burada da ilk növbədə iş Mərkəzi Bankın üzərinə düşür ki, o da uçot dərəcəsini daha aşağı endirməlidir və bu istiqamətdə uyğun variant 1,5-2 faizlik dərəcə ola bilər. İkinci bir tərəfdən, aşağı faizli vəsaitlərin bankların kredit portfelindəki həcmi artırılmalıdır. Lakin banklar aşağı faizli əmanətlər cəlb edə bilmir. Çünki, nəticədə bu əmanətlərin həcminin azalması və vətəndaşın əmanət qoymaqda maraqlı olmamasına gətirib çıxarır. Mərkəzi Bankın vəsaitləri isə cüzi məbləğdə olur. Ona görə də bu şərtlərin hər biri dəyişdirilməlidir. Neft vəsaitlərini cüzi faizlə xarici banklarda saxlamaqdansa, onun müəyyən qismini ölkəyə gətirib, yerli banklarda daha aşağı fazilərlə yatızdırdırmaq olar. Faizlərin aşağı salınması üçün bank sektoru liberallaşdırılmalıdır. Siyasi iradə bank faizlərinin aşağı salınmasının tərəfində olduğuna görə, ilk növbədə xarici bankların Azərbaycan bazarına daxil olmasına şərait yaradılmalı, rəqabət kəskinləşdirilməlidir. Bu baş verəcəksə növbəti ildə kredit faizlərinin ucuzlaşmasını müşahidə edə bilərik. Ötən ilin son günlərində Mərkəzi Bank xarici banklardan sayılan Türkiyə bankına fəaliyyəti üçün lisenziya verib. Bu halda güman olunur ki, həmin proses növbəti ildə daha aktiv xarakter alacaq və bir neçə xarici bankın ölkə bazarına daxil olmasına şərait yaradacaq. Nəticədə faizlərin nisbətən də olsa ucuzlaşmasını müşahidə edə bilərik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024