Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (20-11-2014, 17:57)
Elman Rüstəmov deputatlara cavab verdi

Mərkəzi Bankın sədri Elman Rüstəmov deputatların bank faizlərinin yüksək olması ilə bağlı tənqidlərinə cavab verib

 

E. Rüstəmov bildirib ki, bankların əhaliyə verdiyi kreditlərinin faiz dərəcəsi bütün dünya makroiqtisadiyyatının mərkəzi problemlərindən biridir
Və iqtisadi artım məşğuliyyət inflyasiya və digər problemlərlə bağlıdır. 2014- cü ildə Azərbaycan iqtisadiyyatı üzrə kreditlərin faiz dərəcəsi 14,3 faizdir. Bunun təxminən dörddə üçü kommersiya, biznes kreditləridir. Kommersiya biznes kreditlərinin faiz dərəcəsi 10,8 faizdir. Kreditlərin dörddə biri istehlak kreditləri təşkil edir. Bu kredirlət üzrə faiz dərəcəsi 18 faizdir. Lakin istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Bu kreditlər iki hissəyə bölünür. Təminatlı və təminatsız kreditlər. Təminatlı kreditlər üzrə məsələn avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8 faizdir. İpoteka və dövlətin xətti ilə verilən digər kreditlərin faiz dərəcəsi isə 4,8 faiz olub. Bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditləri 9-10 faizdir. Bəzən istehlak kreditləri üzrə faiz dərəcəsi 35 faizə çatır. Bunlar tam təminatsız kreditlərdir. Yəqin ki bir çox millət vəkilləri, iş adamları kredit kartlarından istifadə edir. Bunlar tam təminatsızdır və faizi yüksək olur. Əhalinin bir çox hissəsi bu kreditlərdən istifadə edir. Bütün dünya praktikasında riskli kredit hesab olunur. Çünki, bunun arxasında nə girov nə də təminat dayanır. Çox sadələşdirilmiş kreditdir. Burada geri qayıtmayan problemli kreditlər 15-18 faizdir. 
Təbii ki məın bu gün bankları müdafiə etmək niyyətində deyiləm. Amma real mənzərəni nəzərə almaq lazımdır. Burda kreditlərin maya dəyərinə diqqət etmək lazımdır. İlk növbədə əmanət kreditlərinin faizinə toxunmaq istəyirəm. Əhalinin əmanətləri üzrə kreditlərin orta faizi təxminən 9,6 faizidir. Bu olduqca böyük rəqəmdir. Yəqin ki, deputatlar hazırda xaricdə ölkələrdə depozit faizlərinə və Mərkəzi Bankların uçot dərəcələrin hansı səviyyədə olduğunu bilirlər. Bizim əhali əmanətlərini banklara çox yüksək faizlə verirlər. 2014- cü il də bankların əhaliyə ödəyəcəyi faiz gəlirləri yarım milyard manat olacaq. Bu olduqca ciddi rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılıaşdırılmasında olduqca mühüm rol oynayır.
Banklar isə əhalinin əmanətlərindən 420- 430 milyon manat qazanacaqlar. Banklar əhaliyə daha çox faiz ödəyirlər, nəinki özləri qazanırlar. Kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində ardııcıl tədbirlər görülür. 2003- cü ildən 2014- cü ilə ilə qədər Mərkəzi Banka 15 faizdən 3,25 faizə qədər azaldıb. 
Kreditlərin bir rəqəmli olması üçün maliyyə naziri ilə müzakirələrimiz davam edir. Xüsusilə kommersiya kreditlərinin birrəqəmli salınması üçün ciddi tədbrilər planlaşdırırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024