İqtisadiyyat (25-12-2014, 11:27)
SOCAR 250 milyon qazandı
Dünyanın lider investisiya banklarından biri Goldman Sachs International, Petkim Petrokimya Holding A.Ş-nin törəmə şirkəti olan Petlim Limancılık Ticarət A.Ş-nin 30%-lik hissəsini 250 milyon dollara satın alıb
“Mediatv.az” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 iyul 2014 tarixində başlayan satış prosesi dekabrın 19-da yekunlaşıb. Bununla da hissələrin Goldman Sachs-a təhvili gerçəkləşib və müvafiq məbləğ ödənilib. Maliyyə dünyasının nüfuzlu nümayəndələri bu sövdələşmənin SOCAR üçün uğurlu olduğunu qeyd edirlər. Dünya investisiya banklarının liderlərindən sayılan ABŞ-ın Goldman Sachs bankının “Petlim”ə verdiyi dəyər layihənin gələcəyinə göstərilən etimadın ən bariz nümunəsidir.
“Petlim” Limanı SOCAR-ın Əliağada “Neftayırma-Neft kimyası Enerji-Logistika” inteqrasiyasına dair mövcud strategiyasının ən önəmli ünsürlərindən birini təşkil edir. “Petlim” bütün Egey bölgəsinin və Türkiyənin ən önəmli konteyner limanlarından olacaqdır.
“Petlim” Limanının inşası hazırda plana uyğun olaraq davam etməkdədir. 1.5 milyon TEU həcmə sahib olacaq liman 2015-ci ilin ikinci yarısında istismara veriləcək. Limanın istismarını konteyner limanı işlətməsində dünyanın ən böyük şirkətlərindən biri olan MAERSK Qrupuna aid APMT şirkəti gerçəkləşdirəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024