Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-10-2014, 19:16)
ARDNŞ-in müflisləşən ortağı hökuməti işə saldı - Maltada Azərbaycan qalmaqalı

ARDNŞ-in (SOCAR) Afrika ölkələrinə və Maltaya sıxılmış qaz ixracı üzrə strateji tərəfdaş olaraq seçdiyi sirli Britaniya şirkətinin müflisləşməsi Maltada siyasi qalmaqal predmetinə çevrilib.

Virtualaz.org saytı “The Malta Today” nəşrinə istinadən xəbər verir ki, Maltanın müxalif Millətçi Partiyası bu məsələni parlamentdə qaldırmağa və hökumətin müflisləşən xarici şirkətlə nədən ölkədə sıxılmış qazla işləyən elektrik stansiyasının tikintisi layihəsinə buraxdığına izahat verməyi tələb etməyə hazırlaşır.

Millətçi Partiyanın sədr müavini Mario de Markonun qəzetdə dərc edilmiş məqaləsində deyilir ki, Leyboristlər hökumətinin 370 milyon dollarlıq elektrik stansiyası layihəsi ətrafında çoxlu şübhəli məqamlar yer alır.

Xəbər verdiyimiz kimi, Maltada ARDNŞ-in ixrac etdiyi sıxılmış qazla işləməsi nəzərdə tutulan elektrik stansiyasının tikintisi üçün 2013-cü ildə yaradılmış beynəlxalq konsorsiumun üzvü olan “Gasol Plc.” adlı offşor şirkətdə (Britaniya Virgin adalarında qeydiyyatdan keçib, sənədlərdə Britaniya şirkəti kimi göstərilir) aparılmış son audit yoxlamaları şirkətin maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını göstərib.

Elektrik stansiyasının tikintisi üçün formalaşdırılan “ElectroGas” beynəlxalq konsorsiumunda SOCAR-ın törəmə şirkəti “SOCAR Trading SA” 20 faizlik paya malikdir. Onun Maltaya, habelə Afrika ölkələri Toqo və Beninə sıxılmış qaz ixracı üzrə tərəfdaş seçdiyi “Gasol” isə konsorsiumda 30 faizlik payla təmsil olunur. Qalan 50 faiz isə “GEM Holdings Ltd” və “Siemens Projects Ventures” şirkətlərinə məxsusdur.

Mario de Marko “Gasol” şirkətində aparılmış audit yoxlamalarına dair hesabata istinadən bildirir ki, şirkət növbəti 12 ay ərzində maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında deyil.

Müxalif siyasətçi sual edir ki, Maltanın dövlət enerji şirkəti “Enemalta” elektrik stansiyasının tikintisi layihəsi üzrə tender keçirəndə və “Gasol” şirkətini ortaq seçəndə nəyə görə onun maliyyə vəziyyətinin şübhəli olduğunu nəzərə almayıb. Çünki tenderlər haqda qanuna görə, hökumətin müflis olmaq üzrə olan şirkətlərə üstünlük verməsinə yol verilmir.

Siyasətçi bildirir ki, əslində hökumət elektrik stansiyasının real olmayan 24 ay ərzində tikilməsinə nail olmaq üçün normal tender prosedurlarını pozub. Hökumət bu stansiyanı 2015-ci ildə istifadəyə verməklə biznes üçün elektrik enerjisi tariflərini 25 faiz azaldacağına vəd vermişdi. Lakin tenderin keçirilməsindən bu yana layihənin həyata keçirilməsi istiqamətində heç bir addım atılmayıb.

Mario de Marko “Gasol” şirkəti və elektrik stansiyası layihəsi ətrafında meydana çıxan suallarla bağlı hökumətə parlament sorğusu göndərdiyini, məsələni parlament iclasında müzakirəyə çıxaracağını yazır. Onun sözlərinə görə, müxalifət hələlik bu məsələdə hökumətə qarşı ittihamlar irəli sürmür, sadəcə olaraq faktları tələb edir. Faktlar məlum olandan sonra isə onların əsasında nəticə çıxarılacaq.

Xatırladaq ki, “SOCAR Trading SA” şirkəti konsorsiumda yer alsa da SOCAR Maltada tikilməsi planlaşdırılan elektrik stansiyasını sıxılmış qazla təchiz etmək planlarından daşınıb. Bu da Malta müxalifətində suallar doğurur.

Ötən ilin martında ARDNŞ-in treydinq şirkəti olan “Socar Trading” “Gasol” şirkəti ilə 1 milyon dollar həcmində təmin edilməmiş, konvertasiya edilən kreditin verilməsinə dair saziş imzalamışdı. Kredit 2 il müddətinə 4 faiz dərəcəsi ilə verilir. Sazişə əsasən, “Socar Trading” Benində (Qərbi Afrika) maye qazın qəbulu üzrə terminalın tikintisi ilə bağlı strateji alyans çərçivəsində “Gasol” şirkətinə kredit verəcək. Kredit vəsaiti “Gasol” dövriyyə kapitalının saxlanılması üçün nəzərdə tutulub.
 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024