İqtisadiyyat / Slayd (15-12-2014, 23:00)
Azərbaycanlı oliqarx Ərdoğanın oğlu ilə biznesini pozdu - fakt
Palmali” şirkətlər qrupunun sahibi, məşhur azərbaycanlı oliqarx Mübariz Mənsimovla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri arasında dolaşıq biznes sövdələşməsində dəyişklik olub.
Türkiyə mediasının bu biznes sövdələşməsini araşdırmağa başlamasından sonra tərəflər müqaviləyə dəyişiklik ediblər.
“Deniz Haber” portalının yazdığına görə, “Palmali” şirkətinin qarantiyası ilə “Albaraka Türk Bankası”ından ayrılmış 180 milyon dollar kredit hesabına inşa edilən “Armada” tipli 10 neftdaşıma tankerindən 5-nin inşasına dair sifariş ləğv edilib.
Bundan əvvəlki sövdələşməyə görə, “Yardımçı Group” tərsanələrində inşa ediləcək tankerlər əvəlcədən Ərdoğanın oğlu Bilal Ərdoğanın, qardaşı Mustafa Ərdoğanın və yeznəsi Ziya İlgenin sahibi olduğu “BMZ Group” şirkətinə satılmışdı. Həmin şirkət isə gəmiləri “Palmali” şirkətinin özünə 10 illiyə kirayə verirdi. Bu gəmilərdən ikisi - 10 min ton neft daşıya bilən “Məcid Aslanov” və “Bəyim Aslanova” artıq suya buraxılıb. Qalanların inşası davam edir.
Gəmilər Maltada offşor zonada qeydiyyatdan keçib. “BMZ Group” və “Palmali” arasında sövdələşmədə də Maltada qeydiyyata alınıb.
İndi “Deniz Haber” sektordakı qaynaqlardan məlumat əldə edib ki, gəmilərin 5-i “BMZ Group”a təhvil veriləcək, qalan 5-nin isə inşası həyata keçirilməyəcək. Həmçinin inşa edilən gəmilərin kirayələnməsi üçün müqavilə də “Albaraka Türk Bankası”ına təhvil verilib. Yəni gəmiləri birbaşa “Palmali” yox, bank kirayələmiş olacaq. Qalan 3 tankerin gələn il ərzində təhvil veriləcəyi bildirilir. Sövdələşmənin şərtlərinin dəyişməsinin səbəbləri açıqlanmır (Virtualaz.org).
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024