Dünya (27-02-2014, 18:37)
 Ərdoğanın oğlu ilə bağlı daha bir telefon danışığı yayıldı 
	
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia olunan daha 2 audio-yazı yayılıb. Səs yazılarının birində baş nazir oğlu Bilal Ərdoğanla iş adamından alınacaq pulun miqdarını müzakirə edir
Bilal Ərdoğan atasına Sıtkı Ayan adlı şəxsin 10 milyon dollar verə biləcəyini bildirir. Ərdoğan oğluna bildirir ki, həmin pulu almasın. "Nə söz veribsə onu gətirsin, gətirmirsə gərək yoxdur. Başqaları niyə gətirir, o, gətirmir".
APA TV-nin xəbərinə görə, Sıtkı Ayan mərkəzi Londonda yerləşən neft şirkətinin rəhbəridir. İran və Türkmənistan təbii qazının Türkiyə üzərindən daşınmasında böyük rolu var. Sıtkı Ayanın Rəcəb Tayyib Ərdoğanın oğlu Burak Ərdoğana villa hədiyyə etdiyi də iddia edilir.
İkinci audio-yazının Ərdoğanın yeznəsinin köməkçisi ilə tanınmış iş adamının köməkçisi arasında danışığı olduğu qeyd edilir. Burada "Qaraj" adlandırılan yerdə görüş təyin etmək məsələsi müzakirə olunur. Görüşən şəxslərdən biri böyük miqdarda pul gətirəcəyini bildirir.
		 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
29 10 2025 
29 10 2025 
								 









 
				
















 
	 
	 
	 
	