İqtisadiyyat (13-12-2014, 14:25)
Bazarda zəhər meyvələri
Ölkədə məhv olmuş və seyrəkliyi meyvə bağları 70 faizdən çoxdur
Azərbaycanda kənd təsərrüfatı sektorunda meyvəçilik mühüm yer tutur. Respublikanın coğrafi və iqlim şəraitini nəzərə alsaq, respublikada meyvəçiliyin inkişafına xüsusi diqqətin yetirilməsi, meyvə bağlarının genişləndirilməsi, məhsuldarlığın artırılması əsəs vəzifələrdəndir. Amma, bəzən bölgələrdə bu sahəyə etinasız münasibət, meyvə bağlarının qırılması, onun ərazisinin satılması, tikinti işlərinin aparılması təəssüf doğurur.
ANS PRESS-in bununla bağlı apardığı araşdırma zamanı məlum olub ki, bundan başqa, kənd təsərrüfatı fəaliyyəti, o cümlədən meyvəçilik tez-tez iqlim, xəstəlik və digər təbii risklərə məruz qalır. Yoluxucu xəstəlik, subasma, şiddətli quraqlıq və ya şaxta və həşəratların gəlişi kimi hadisələr də problemlər yaradır.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, kənd təsərrüfatı sektorunda istehsalı davamlı və sürətlə artan sahələrin başında meyvəçilik durur. Azərbaycanın ərzaq balansında əsas ərzaq məhsulları sırasında ən yüksək özünütəminetmə səviyyəsi (yerli istehsalın həcminin yerli tələbata olan nisbəti) meyvə sektorundadır.
Ümumiyyətlə, bölgələrdə əvvəllər meyvə bağlarının qırılmasına rast gəlinirdi. Hazırda bununla bağlı faktlar demək olar, azalıb. Çünki, bölgələr qazlaşdırılır, həm də aidiyyəti qrumlar tikinti işlərinə nəzarət edirlər. Digər tərəfdən, indi meyvəyə ölkə daxilində və xaricdə təlabat artdığından, gəlirli sahəyə çevrildiyindən, həm dövlət, həm sahibkarlar, həmdə fərdi sakinlər meyvə təsərrüfatının genişləndirilməsində maraqlıdırlar.
Azərbaycanda bar verən meyvə bağlarının ümumi sahəsi 113,2 min hektardır. Ən böyük bağ alma (26,3 min hektar), fındıq (24,8 min hektar) və nar (16,5 min hektar) bağlarıdır. Adıçəkilən 3 meyvə bağının sahəsi 67,6 min hektardır - bu da cəmi sahənin 60 faizi deməkdir. Xurma bağları 8,6 min hektar, armud bağları 4,7 min hektar, gavalı bağları 3,9 min hektar, gilas bağları 3,3 min hektar, heyva bağları 3,3 min hektar, şaftalı 3,2 min hektar və s. təşkil edir. Adıçəkilən bütün meyvə bağlarının sahəsi son illərdə artıb.
Ölkədə istehsal edilən meyvənin 63,3 faizi alma, nar və xurmadan ibarətdir. Ölkəmizdə ən çox alma istehsal edilir. Ötən il Azərbaycanda 246,7 min ton alma toplanıb. Alma ilə bərabər 150 min ton nar, 143,1 min ton xurma yığılıb. Bu növ meyvələr üzrə ümumilikdə 540 min ton məhsul toplanıb. 40,7 min ton armud, 31,2 min ton fındıq, 30,8 min ton naringi, 27,8 min ton heyva, 26,6 min ton şaftalı, 25,3 min ton gavalı yığılıb. Ən az meyvə yığımı innabda (100 kq), kividə (200 kq), iydə və badamda (hər birində 700 kq), zeytun və şabalıdda (hər ikisində 800 kq) qeydə alınıb.
Alma bağlarında orta məhsuldarlıq 1998-ci ildəki 5,7 tondan 2013-cü ildəki 7,92 tona, nar bağlarında orta məhsuldarlıq 7,35 tondan 9,63 tona, xurma bağlarında isə 14,75 tondan 18,36 tona yüksəlib. Ən məhsuldar meyvə bağları portağal (18,71 ton), xurma (18,36 ton), naringi (16,74 ton), ərik (9,87 ton), şaftalı və nardır (hər birində 9,63 ton).
Diqqətə çatdıraq ki, məhv olmuş və seyrəkliyi 70 faizdən çox olan meyvə bağları 8615 hektar, üzümlüklər isə 29371 hektardır. Bu hal xüsusilə Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Qəbələ, Balakən, İsmayıllı, Tərtər, Cəlilabad, Şəmkir, Ağdam, Qobustan, Füzuli, Şamaxı, Ağstafa, Qazax rayonlarının təsərrüfatlarında mövcuddur. Bu, qazlaşmanın olmaması, meyvə və üzüm bağları üçün sahələrin düzgün seçilməməsinin, növlərin müəyyən edilməməsinin və yerləşdirilməsinin, suvarma zamanı yol verilən nöqsanların, meliorasiya vəziyyətinin pisləşməsinin, torpaqların sürüşmələrinin və əkinlərə düzgün qulluq olunmamağının nəticəsidir.
Hələ bir müddət əvvəl Milli Məclisin deputatı Azər Badamov parlamentdə meyvə bağlarının perspektivinin olmayacağını demişdi. Məhz qazlaşmanın olmaması əksər meyvəçilik rayonlarında ağacların qırılmasına səbəb olur.
Ekspertlərin fikrincə, aqrar sahənin stimullaşdırılması məsələsinə yenidən baxılması daha yaxşı olardı. Xüsusilə emal müəssisələrin regionlarda inkişaf etdirilməsi və emal müəssisələri tərəfindən satın alınan kənd təsərrüfatı məhsullarının alış qiymətlərini bazara uyğun şəkildə, fermerlerin rentabelliyini gözləməklə hökumət tərəfindən müəyyən edilməlidir. Mövcud emal müəssisələri tərəfindən kənd təsərrüfatı məhsullarının maya dəyərindən aşağı qiymətlərlə alışı davam edərsə, aqrar sahəyə qoyulan maliyyə vəsaitlərinin əhəmiyyəti və nəticədə də minbir zəhmətlə becərilərək meydana gəlmiş meyvə bağlarının perspektivi olmayacaq.
Onlar deyiblər ki, Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək. Şamaxıda, Qobustanda, İsmayıllının aran hissəsində, Şirvan düzənliyində quraqlıq ciddi fəsadlar yaradır. Vəziyyət belə davam etsə, Ağsu, Göyçay, Şamaxı, Ağdaşın və İsmayıllının aran hissələrindəki fərdi təsərrüfatlar - minlərlə hektar sahəni əhatə edən meyvə bağları quraqlıqdan ciddi şəkildə ziyan çəkəcək.
Statistikaya görə, Azərbaycanda meyvə istehsalının həcmi yetərincə böyükdür. Bu il Azərbaycan meyvəsinin 22 faizi (187 min ton) ixrac olunub. Ötən ilin məlumatına görə, ölkədaxili tələbat 684 min ton meyvə olub. Yerli istehsal isə 853 min tonu ötüb. Yerli meyvənin 3 min tonu mal-qara yemi üçün istifadə edilib, 62 min tonu sənaye ehtiyacına, 622 min tonu ərzaq istehlakına yönəldilib. 13 min tondan çox meyvə isə itkiyə gedib.
Azərbaycan meyvəsinin xarici bazarlar üçün də cəlbedicidir. Belə ki, bu ilin yarısında meyvə ixracının həcmi 44 milyon dollara yaxın olub, bu, ötən ilin eyni dövrünə nisbətən 53,6 faiz yüksəkdir. Ötən il xaricə 187 min ton meyvə satılıb. Ölkəmizdən xaricə böyük miqdarda meyvə ixracına 2002-ci ildən başlanılıb. Həmin ilə qədər hər il xaricə cəmi bir neçə min ton meyvə göndərilirdi. 2012-ci ildə bu rəqəm 220 min tona yüksəlib.
Xatırladaq ki, ölkəmiz ötən il 1,85 milyard dollarlıq qeyri-neft məhsulları satıb. Meyvə ümumi ixracın 9,3 faizini təmin edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024