Dünya (15-09-2014, 12:53)
Putinin dostu Kubanın alma bağlarını alır
Rusiya prezidenti Vladimir Putinin dostu, “Gunvor” neft treydinqi şirkətinin prezidenti Gennadi Timçenko Kubanda alma bağlarını alır
Mediatv.az saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, G.Timçenkoya bağlı “Volqa qrup” şirkəti Kubandakı alma bağlarının inkişafı üzrə ixtisaslaşmış “Alma holdinq”in səhmlərinin 40 faizini əldə edib.
Federal Antiinhisar Xidməti artıq bu alqı-satqını təsdiqləyib. “Alma holdinq”in bundan əvvəlki sahibləri Lüksemburqdan olan “Alma Group” və İsveçrənin “Procuri” şirkətləri olub.

“Alma holdinq” hazırda Kubanda 800 hektar alma bağlarına və soyuducu anbarlara malikdir. G.Timçenko holdinqi alandan sonra orada meyvə istehsalını genişləndirmək üçün irihəcmli investisiya yatırmağa hazırlaşır.
Ehtimal edilir ki, Putinin dostunun bağçılıq biznesinə girməsi Rusiyanın Avropa ölkələrindən meyvə idxalına qadağa qoyması ilə bağlıdır. Hazırda Rusiya meyvə-tərəvəzə olan tələbatını Azərbaycan və digər yaxın ölkələrdən idxal hesabına ödəməyə çalışır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025