İqtisadiyyat (2-12-2014, 15:15)
Avtomobil salonlarında qiymət fırıldağı
Satış qiymətləri banka göndərilən sənədlərdə formal olaraq artırılır
Avtomobil kreditələri ilə bağlı şərtlərin sərtləşdirilməsi gözləndiyi kimi, maşın bazarında satışların həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Elə avtomobil satışını həyata keçirən müxtəlif mərkəzlərdə də satışın əvvəlki həddə olmadığı müşahidə olunur. Bu ilin 10 ayında xaricdən 47 min 379 ədəd minik maşını gətirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azdır. Halbuki bundan əvvəlki 2 ildə avtomobil idxalı yalnız artan xətlə gedirdi. Azalmaya hökumətin "Avro-4” standartını tətbiq edərək ölkəyə köhnə maşınların gətirilməsini qadağan etməsi, eyni zamanda avtomobil kreditlərini sərtləşdirməsi səbəb olub. Hadisələri qabaqlayaraq azalmanın davam edəcəyini demək olar.
Çünki Mərkəzi Bank avtokreditlərlə bağlı qərarını dəyişmək fikrində deyil. Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov hal-hazırda bu tələblərin dəyişdirlməsi ilə əlaqədar hansısa bir məsələni nəzərdən keçirtmədiklərini bildirib. Onun sözlərinə görə, bazar yeni tələblərə uyğunlaşaraq öz fəaliyyətini davam etdirir. Lakin avtomobil alverçiləri və satış mərkəzləri indiki satış həcmindən razı deyil. Bu şəraitdə vəziyyətdən çıxış yolu kimi bəzi satış mərkəzləri avtomobillərin satışında fərqli üsullardan istifadə etməyə başalyıblar.Sözbət ondan gedir ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil salonları Mərkəzi Bankın avtomobil kreditlərinin sərtləşdirilməsi ilə bağlı qərarından çıxış yolu tapıblar.
Yeni avtomobil krediti qaydalarına əsasən, qiyməti 30 min manatadək olan avtomobillərə görə 50%, 30 min manatdan yuxarı olan avtomobillər üçün isə 40% ilkin ödəniş həyata keçirilməlidir. Məsələ ilə bağlı "Marja” portalının məlumatına görə, avtomobil salonları qiyməti 30 min manatadək olan avtomobilləri 30-40%, dəyəri 30 min manatdan yuxarı olan avtomobilləri isə 20-30% ilkin ödəniş edilməklə kreditlə rəsmiləşdirə bilirlər: "Bəs, bu necə edilir? Tutaq ki, qiyməti 18 min manat olan avtomobili kreditlə almaq istəyirsiniz. Mütləq avtomobilin dəyərinin 50%-i olan 9 min manatı və üstəgəl sığorta haqqını, bank və DYP xərclərini nağd şəkildə avtomobil satıcısına ödəməlisiniz. Avtomobilin dəyərinin qalan 50%-ni isə kreditlə ödəyə bilərsiniz. Məsələ bundadır ki, bir çox alıcıların 50% ilkin ödənişi verməyə gücü çatmır. Tutaq ki, alıcının, qiyməti 18 min manat olan avtomobili kredit ilə götürmək üçün 9 min manat deyil, 6 min manat ödəməyə gücü çatır. 6 min manat isə 18 min manatın təxminən 33 faizidir. Tələbə görə, 33% ilkin ödənişlə avtomobil krediti verilmir.
Amma salonlar avtomobili müştəriyə satmaq üçün kəşf etdikləri üsulu işə salırlar. Belə ki, satış qiyməti 18 min manat olan avtomobilin qiyməti formal olaraq 6 min manat artırılaraq banka göndəriləcək sənəddə 24 min manat göstərilir. Bu halda 24 min manatın 50%-i 12 min manat deməkdir. Sənəddə alıcının salona guya 12 min manat ilkin ödəniş etdiyi göstərilir və yerdə qalan digər 12 min manat kreditin ayrılması üçün banka göndərilir. Əslində əvvəlcədən alıcı ilə razılaşdırılır ki, sənəddə göstərilən 12 min manat ilkin ödənişdən avtomobilin qiymətində edilmiş 6 min manatlıq formal artım çıxılacaqdır. Yəni, müştəri cəmi 6 min manat ilkin ödəniş ödəyəcəkdir. Təbii ki, 24 min manatın 50%-i 18 min manatın 50%-dən çoxdur. 24 min manatın digər 50%-i olan 12 min manat, avtomobilin real qiyməti olan 18 min manatın 67%-dir. Banka göndərilən müştərilərin çoxuna kredit ayrılır və onlar kreditin ayrılması barədə sənədi salona təqdim edərək avtomobilə sahib olurlar. Qısası, avtomobilin qiyməti süni şişirdilməklə, kredit məbləği artırılır, alıcı isə ilkin ödənişi şişirdilmiş məbləğ qədər az ödəyir. Bankların salonların bu əməllərindən xəbərdar olub-olmadıqları barədə bir söz demək çətindir. Fakt budur ki, avtomobil salonlarının satış menecerləri avtomobil alıcısını banka göndərdikdə ona bankda soruşulduğu halda avtomobilin şişirdilmiş qiymətini və ilkin ödənişi söyləməyi dönə-dönə tapşırırlar".
Ona da diqqət çəkilir ki, şişirdilmiş qiymətlə satış sığorta şirkətlərinin xeyrinədir. Çünki, alıcıdan şişirdilmiş qiymətə görə sığorta haqqı alınır. Belə ki, məsələn, 24 min manatın 5,3% sığorta haqqı (1272 manat), 18 min manatın 5,3%-i qədər sığorta haqqından (954 manat) çoxdur. Alıcı fərqi ödəməlidir. Hər halda bu üsul satış mərkəzləriən daha çox avtomobil satmağa imkan verir.lakin xatırladaq ki, problemli kreditlərin əsas hissəsi elə avtomobil kreditlərində yaranır. Bu hal avtomobillərlə bağlı problemli kreditlərin miqdarının yenidən artmasını isitisna etmir
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024