Karusel (11-11-2014, 18:13)
Azərbaycana yarım milyonluq maşın gətirənlər kimlərdir?
“Ötən illərdə olduğu kimi, yenə də təkrar maşın bazarında Almaniyadan idxal olunan avtomobillər üstünlük təşkil edir. İlkin bazarda isə vəziyyət fərqlidir”
Mediatv.AZ xəbər verir ki, bu barədə modern.az-a ekspert Ramil Osmanlı məlumat verib.
Onun sözlərinə görə, bu siyahıya Yaponiyanın “Toyota”, “Nissan”, Cənubi Koreyanın “Hunday” və “KİA” avtomobil markaları liderlik edirlər: “Köhnə avtomobillər üzrə satışda isə “Mercedes”, hələ ki, liderliyi qoruyub saxlayır. “Mercedes benz” və “BMW” markalı avtomobillərin təkrar bazarda ümumi həcmi kifayət qədər çoxdur, ilkin bazarla bağlı bunu demək olmur. Səbəb isə avtomobil markalarının qiymətlərinin mövcud bazar şərtlərinə adekvat olmamasıdır. Bazarda ən ucuz “Mercedes”in qiyməti 70 min manat, ən ucuz “BMW” isə 55-60 min manatdır və markasından asılı olaraq qiymət 200 min manata qədər dəyişir. Qiymətlərin yüksək olması səbəbindən alıcıların sayı çox azdır. Azərbaycan alıcısı daha çox 20-30 min manat arası avtomobillərə üstünlük verir”.
Ramil Osmanlı yanvar ayından tətbiq olunan “Avro-4” standartının üstünlüyünün müşahidə edilmədiyini də söyləyib: “Avro-4” standartının tətbiqinin üstün cəhətlərini demək mümkün deyil. Yalnız Azərbaycana gətirilən təxminən 30 minə qədər köhnə avtomobilin qarşısı alınıb. Hökumət idxala tətbiq etdiyi qaydaları istismarda olan avtomobillərə də tətbiq edəcəyi təqdirdə nəyəsə nail olmaq mümkün olacaq. Ən vacib detallardan biri istismarda olan avbtomobillər üzrə ekoloji standartların tətbiq edilməməsidir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın mövcud avtomobil parkının 550 mindən çoxu həmin standartın tələblərinə cavab vermir”.
Ekspertin fikrincə, maşın bazarındakı vəziyyət getdikcə daha da mürəkkəbləşir: “Bu ilin 9 ayı ərzində Azərbaycana idxal edilən avtomobillərin sayı 37 mindir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 108 min olub. İlin sonuna qədər hətta 50 min gətirilsə belə, yenə də az göstəricidir. İdxalda azalmanın baş verməsi alqı-satqı ilə bağlıdır. Yəni avtomobillər satılmadığına görə, gətirilməsinə ehtiyac da duyulmur”.
Ölkəyə gətirilən bahalı avtomobillərin durumuna gəldikdə, R. Osmanlı deyib ki, Azərbaycana rəsmi nümayəndəliklərdən kənar kifayət qədər bahalı avtomobillər gətirilir: “Bunun statistikasını aparmaq çətindir. Amma onların dəyəri yarım milyon manata yaxındır”.
Dövlət Gömrük Komitəsindən isə bu haqda açıqlama verməkdən imtina ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024