İqtisadiyyat (26-11-2014, 21:43)
Neftin qiyməti süni şəkildə endirilir
Məqsəd ABŞ-da və Avropada yanar şist istehsalının qarşısını almaqdır
Neftin barelinin qiyməti 80 dollardan aşağı olduğu üçün, ABŞ sürücüləri litri 75 sentə olan benzindən faydalanırlar. Lakin aşağı düşən benzin qiymətinin ABŞ-ın neftayırma sənayesinə mənfi təsiri var. Neftin səthdən xeyli aşağıda yerləşən şist birləşmələrindən çıxarılmasını asanlaşdıran texnologiyanın təkmilləşdirilməsi nəticəsində Şimali Dakotanın iqtisadiyyatı isə çiçəklənir. Hidravlik yarılma və ya sadəcə “frekinq” kimi tanınan neftayırma prosesi neft yataqlarının üzərində yerləşən ştatlarda iqtisadi artıma səbəb olur. Hazırda isə o ştatların iqtisadi rifahı ölkənin digər bölgələrinin səviyyəsinə enir.
«Frekinq benzinin qiymətinin düşməsinə səbəb olan möcüzədir”, - deyə Fil Flin bildirir. RICE Future Group şirkətinin baş bazar təhlilçisi Fil Flin bildirir ki, neft buruqlarının sayındakı artımı, eləcə də şist neftinin emal və daşınma sisteminin inkişafı və genişləndirilməsi ABŞ-ın enerji müstəqilliyində böyük rol oynayır: “Bu neft keyfiyyətli olduğu üçün adi neft barelindən daha çox benzin istehsal edir və ABŞ neft emalçıları bu fürsətdən istifadə edirlər".
Çikaqo Universitetinin Bus Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Astan Qulsbi birdirir ki, ABŞ-ın neft və təbii qaz istehsalı çox yüksək olsa da, bir çatışmazlıq var: “Burada bir problem də var ki, Şimali Amerikada neft hasilatının xərcləri Səudiyə Ərəbistan kimi ucuz yerlərdən daha yüksəkdir”.
Flin düşünür ki, Səudiyyə Ərəbistanı bunu bildiyinə görə, üzv olduğu Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) yüksək bazar payını qorumaq üçün neft hasilatını azaltmaqdan imtina edir: “Onlar şist qazı inqilabının qarşısını almaq istəyirlər. Onlar bazarı neftlə doldurmaq və qiymətləri daha da aşağı salmağa çalışırlar və ümid edirlər ki bu frekinq sənayesini bitirəcək”.
“Orta hesabla desək, neftin barelinin qiyməti 75 dollardan aşağı düşməyə başlayanda ABŞ-ın əksər yerli istehlakçıları deyəcəklər ki, biz bu qimətlə işimizi davam etdirə bilmərik. Qiymət 65 dollara düşsə və bir neçə il o qiymətdə qalsa istehlakçıların çoxu bizneslərini dayandıracaqlar”, - deyə Astan Qulsbi bildirir. Qulsbi deyir ki, yanacağın qiymətinin ucuz olmasının başqa səbəbləri də var. Bunların sırasına insanların yanacaq səmərəli maşınlardan istifadə etmələri və əsas istehlakçıların azalan tələbatı daxildir: «Çin kimi enerjinin ən böyük istifadəçiləri istifadələrini azaldıblar. Onların iqtisadiyyatlarının artımı çox zəifləyib, ona görə də onların tələbatı azalıb”.
Buna görə də Fil Flin benzinin qiymətinin uzun müddət aşağı olacağını gözləyir: “Benzinin daha az istifadə olunması, neft hasilatının artması və neft emalının həcminin genişlənməsi benzinin qiymətinin daha uzun müddət aşağı qalacağını göstərir”.
Amerika Avtomobil Assosiasiyası (AAA) bildirir ki, hazırda ABŞ-da benzinin litrinin qiyməti 70 sentdir. Bu isə Şükranlıq Bayramında maşınla uzaq səyahətə hazırlaşan sürücülər üçün şad xəbərdir.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları dünya üzrə neft qiymətlərinin kəskin düşməsinin qarşını almaq üçün neft hasilatının həcminin azaldılması barədə razılıq əldə etməyib. Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi Vyanada Venesuela, Rusiya və Meksikanın enerji rəsmiləri ilə OPEK üzvlərinin görüşündən öncə danışıqlar aparıb. Lakin dörd ölkə dünya üzrə neft qiymətlərini monitorinq edib, üç aydan sonra daha bir görüş keçirmək barədə razılığa gəlib. Dünya üzrə neft hasilatının təxminən üçdə bir hissəsi Səudiyyə Ərəbistanı və Venesuela da daxil olduğu 12 üzvü olan OPEK kartelinin üzərinə düşür. OPEK üzvləri olmayan Rusiya və Meksika isə əsas neft istehsalçılarıdır. Bəzi ölkələr iyun ayından bəri 30 faiz enərək, hazırda qiyməti bir barrel üçün 80 dollar olan qlobal neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədilə neft hasilatınının ixtisarı üçün Ər-Riyada təzyiq göstərir. Rusiya neft hasilatının gündə 25 min barrel həcmində ixtisar etdiyini bildirib, lakin bunun qlobal qiymətlərə təsir edəcəyi ehtimalı olduqca azdır.
Təhlilçilər qiymətlərin düşməsini dünya bazarında neftin həcminin böyük, tələbatın isə az olması, eyni zamanda, qlobal iqtisadiyyatın inkişafının zəifliyi və hazırda dünyanın ən böyük neft istehsalçısı olan Birləşmiş Ştatlarda şist neft istehsalının artması ilə izah edirlər.
Vüsal Tağıbəyli