İqtisadiyyat / Slayd (20-11-2014, 22:01)
Cahangir Hacıyev çirkli pulları yumaqda ittiham olundu
Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını ("MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib.
Bu barədə Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir. Məlumatı Rusiya Mərkəzi Bankının saytına istinadən АК&M agentliyi yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır.
Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib.
Azərbaycan Beynəlxalq Bankının Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.(virtualaz.org)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024