İqtisadiyyat / Slayd (30-03-2014, 16:58)
Baş bankirin yerinə kim təyin olunacaq?
Mərkəzi Bankın sədri Elman Rüstəmovun tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib.
İqtidar mətbəxindən “Azadlıq”a verilən məlumata görə, məsələnin kökündə Elman Rüstəmovun adı da hallandığı Vyanada keçirilən “rüşvət məhkəməsi” dayanır.
Söhbət Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən “OeBS” şirkətinin rəhbərliyinin işi üzrə keçirilən məhkəmə prosesindən gedir.
Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb. Bir neçə prosesdə Azərbaycanla məsələ xüsusilə diqqətdə olub.