Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (20-11-2014, 21:57)
Azərbaycan banklarında kredit niyə bahadır?

Elman Rüstəmov ölkədə kreditlərin baha olması səbəbinə aydınlıq gətirib

Azərbaycanda kreditlərin baha olmasının əsas səbəbi əmanətlərin faizlərinin yüksək olmasıdır. Bu barədə Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı AMB (AMB) sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, əhali öz vəsaitlərini banklara çox yüksək faizlə qoyur: "Əgər kreditlərin maya dəyərinə baxsaq, ilk növbədə əmanət faizlərin toxunmaq istəyirəm. Əmanətlər üzrə orta faiz təxminən 9,6 faizdir. Bu olduqca böyük bir rəqəmdir. Bizim əhali öz vəsaitlərini banklara çox yüksək faizlə qoyur".

Baş bankir həmçinin ölkədə ayrı-ayrı kreditlərin faiz dərəcəsini də açıqlayıb. Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3 faiz təşkil edir. Elman Rüstəmov bildirib ki, ölkə üzrə kreditlərin dörddə üçü kommersiya kreditləridir: "Bu kreditlər üzrə faiz dərəcəsi 10,8 faiz təşkil edir, yəni, təxminən 11 faizdir. Kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi isə təxminən 18 faiz təşkil edir".

Elman Rüstəmov deyib ki, istehlak kreditlərinin strukturu müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız: "Tutaq ki, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8 faizdir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8 faizdir. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 9-10 faizdir".

Baş bankirin sözlərinə görə, ən bahalı kreditlər əhaliyə verilən təminatsız kreditlərdir. Belə kreditlərin illik faiz dərəcəsi 35 faizə çatır: "Amma bu hansı kreditlərdir? Bu tam təminatsız kreditlərdir. Yəqin ki, bir çoxunuz, millət vəkilləri, iş adamları və sair kredit kartlarından istifadə edirlər. Kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Sadəcə olaraq bankda hesabınız var, kredit kartları götürmüsünüz. Hər hansı vəsaitə ehtiyac varsa, imzaladığınız müqaviləyə görə, sizə qoyulan limitlər üzrə vəsaitinizi artıra bilərsiniz. Bu kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir".

Elman Rüstəmov bu kreditlərin çox riskli olduğunu, problemli kreditlərin 18 faizə çatdığını bildirib: "Bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov dayanmır, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə bu kredit çox vaxt hətta telefonla həll olunur. Burada geri qayıtmayan, problemli kreditlər təxminən 18faizə çatır".

AMB rəhbəri bildirib ki, əmanətlərin faiz dərəcələri yüksək olduğuna görə, banklar əhaliyə daha çox pul ödəyirlər, nəinki əhali banklara. Belə ki, baş bankirin sözlərinə görə, 2014-cü ildə bankların əhaliyə ödəyəcəkləri faiz gəlirləri 500 milyon manat təşkil edəcək: "Bu olduqca ciddi bir rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında olduqca mühüm rol oynayır. Bankların isə kreditlərdən əldə edəcəyi gəlirlər təxminən 420-430 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yəni banklar, bu gün əmanətlərə görə əhaliyə daha çox faiz ödəyirlər".

Nəhayət, baş bankir bildirib ki, kreditlərin baha olmasının digər səbəbi onlara tələbatın yüksək olmasıdır: "Açıq etiraf etmək lazımdır ki, bu gün pula olan tələbat əhəmiyyətli dərəcədə çoxdur, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır. Təklif bazarı deyil. Tələbat böyük olanda qiymətlər də yüksək olur”.

Elman Rüstəmov sələmçilik yaranmasını istəmədiklərini də deyib: “Bəziləri təklif edir ki, bank faizləri adminstrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır”.

Baş bankir öz açıqlamasında onu da deyib ki, Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələr aparılır. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycan ipotekaya olan ilkin tələbat 6 milyard. ABŞ dolları təşkil edir. Bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır. Ölkənin ciddi maliyyə resursları var. Bu maliyyə resurslarından istifadə edirik. Amma əslində dünyanın bəzi ölkələrində mənzil problemi təxirə salınan tələbatdır. Azərbaycanda isə belə deyil. Bu problem bizə babalarımızdan ötürülmüş problemdir”.

AMB sədri əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırılır.

Elman Rüstəmov həmçinin qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: “Tikinti” və “Əmanət bankları” haqqında qanun layihəsi artıq hazırdır. Bu olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-nin 30 faizni təşkil edir. Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərin artırır. Bu modelin üzərində ciddi düşünürük”.

Elman Rüstəmov əlavə edib ki, bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.

Sevinc

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024