İqtisadiyyat (26-03-2015, 19:00)
Azərbaycanda qara bazarlar yarana bilər
Manatın devalvasiyasının fəsadlarından biri də gizli iqtisadiyyatın miqyaslarının artımıdır
İiqtisadçı Qubad İbadoğlu deyir ki, iqtsadi inkişaf üçün arzuolunmaz hesab edilən bu neqativ dəyişikliyi iki istiqamətdə müşahidə etmək mümündür:
"Birincisi, devalvasiyadan sonra nağd pul dövriyyəsi sürətlə genişlənir. Son statistik məlumatlar göstərir ki, banklardan manatla geri çəkilən əmanətlərin həcmi dollarla yenidən banklara qayıdan əmanətlərdən ən azı 3 dəfə çoxdur. Yalnız bu ilin yanvar ayında ötən ilin dekabrı ilə müqayisdə 318 milyon manatlıq əmanət banklardan geri çəkilmiş və rəsmi nəzarətdən kənarlaşdırılmışdır. Fevral ayının göstəriciləri bəlli olmasa da, heç şübhəsiz ötən ay banklardan geri çəkilən əmanətin məbləği yanvardan dəfələrlə çoxdur. Bu isə 2015-ci ilin ilk 2 ərzində 100 milyonlarla vəsaitin nagdlaşdırılması və gizli iqtisadiyyatın inkişafına töhfə deməkdir".
Modern.az-ın məlumatına görə, iqtisadçı deyir ki, manatın devalvasiyasından sonra müşahidə olunan ikinci neqativ dəyişiklik dolların gizli satışının və "qara bazar"ının formalaşması meyllərinin güclənməsidir:
"Xüsusilə də hazırkı bayram günlərində dollar qıtlığının yaranması, bu sahədə qara bazarın sınaqdan keçirilməsinə imkan yaratdı. Bunu şərtləndirən amillərdən biri də valyuta dəyişmə məntəqələrinin alqı və satqı arasında fərqdən qazanclarının cüzi olmasıdır. Bu qazanca tətbiq edilən məhdudiyyət yumşalldılmaldır. Odur ki, təklif edirəm ki, Mərkəzi Bank hazırkı vəziyyətdə manatın devavasiyasının gizli iqtisadiyyatın genişlənməsinə rəvac verməməsi üçün təsirli addımlar atmalı, banklara olan inamın bərpa olunması, depozit siyasətinin cəlb ediciliyi və valyuta mübadilə məntəqələrinin marjasının artırılması istiqamətində çevik qərarlar qəbul etməlidir. Əks tədqirdə Azərbaycanda 90-cı illərin əvvəlində olan valyuta satışının qara bazarları yaranacaq”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024