Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Bu gün, 11:51)
Naxçıvanda İKİ MƏMURUN BİR OYUNU... - ÖZBAŞINA QALIBLAR...

Naxçıvan şəhər sakini Südabə İsmayılova deyir ki, yerli icra hakimi və təhsil nazirinin müavini sövdələşərək, onun yeni açdığı çayxansını əlindən alıblar. O, bu işi görmək üçün 20 min manat kredit götürdüyünü, obyekt əlindən çıxdığı üçün borclarını qaytara bilmədiyini deyir.
Südabə İsmayılova bildirir ki, Naxçıvan şəhər İcra Hakimiyyətinin balansında olan hamamın çayxanasını işlətmək üçün bir neçə ay əvvəl bu qurumla müqavilə bağlayıb. Lakin, icra hakimi bu yaxınlarda hamamı özəlləşdirib, yerli təhsil nazirinin müavini Əli Vəliyevə satıb. Hamamıın yeni sahibi isə, çayxananı onun əlindən alıb, lakin pul ödəməyib.
 
Südabə İsmayılova deyir ki, pulunu istədiyinə görə Əli Vəliyev onu təhdid etdirir:
„Əli Vəliyevin qardaşı yerli DTX-də yüksək vəzifə sahibidir. Mənə deyirlər ki, şikayət etsən, başına oyun açarıq, öldürərik. Əsgərlikdəki oğlumla hədələyirlər. Çarəsiz bir vəziyyətə düşmüşəm. Aidiyyəti qurumlardan kömək istəyirəm. Araşdırılmalıdır ki, yüksək vəzifəli məmur dövlət orqanının satışa çıxardığı bir obyekti necə və hansı yollarla alıb? Məni çıxarırsa, qoyduğum pulu ödəməlidir. Deyir ki, hara istəyirsən, şikayət et.”
Şikayətçi deyir ki, maaşı kreditlərə çıxıldığından, kommunal xərcləri ödəyə bilmir və bu səbəbdən qışın soyuğunda qazı da kəsilib:
“Məcburam ki, borclarımı qaytaram. Özüm tibb bacısı işləyirəm, aldığım maaşın demək olar ki, hamısı kreditə gedir. Oğlum əsgərlikdədi, qızım da xəstə. Komunal xərcləri ödəyə bilmədiyim üçün qazımızı kəsiblər. Xəstə qızımla soyuqdan donuruq. Qaz idarəsi əməkdaşların nə qədər yalvarsam da, açmırlar. Deyirlər ki, icra hakimi tapşırıb. Narazı olduğum üçün qisas alırlar.“
"Gündəlik Naxçıvan"

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025