Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-02-2015, 13:16)
Manatın ucuzlaşmasından kim daha çox ziyan çəkə bilər - Banklarmı, vətəndaşlarmı?

Manatın ucuzlaşmasından kim daha çox ziyan çəkə bilər - Banklarmı, vətəndaşlarmı?

İqtisadçı ekspert Samir Əliyev: «Ölkədə kütləvi şəkildə manat bolluğu yarana bilər».
Məlumdur ki, son zamanlar banklarda depozitləri olan bir çox vətəndaşlar həmin depozitlərin dollara çevrilməsini istəyirlər və Mərkəzi Bank da banklara etdiyi tövsiyyədə vətəndaşların bu tələblərini yerinə yetirməyi düzgün hesab etdi. Bəs belə bir təhlükə varmı ki, banklar vətəndaşlara verdiyi kreditləri dollara çevirsinlər? Faktiki olaraq bu gün Rusiyada bir çox vətəndaşlar məhz banklardan dollarla aldıqları kreditlərin qurbanlarına çevriliblər və onlar Rusiya hökümətindən dorllarla olan kreditləri rubla çevirməyi tələb edirlər. Bəs Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət necədir?
PİA.AZ-a bu barədə açıqlama verən Iqtisadci ekspert Samir Əliyev hesab edir ki, Azərbaycanda bu prosses Rusiyadakı kimi ağrılı olmayacaq. Çünki Azərbaycanda verilən kreditlərin 60 faizdən çoxu məhz manatla verilib. Amma banklardakı depozitlərlə bağlı problem ciddidir:
«Əslində bu proses ötən ildən başlayıb. Təsadüfi deyil ki, dekabr ayında manatla olan depozitlərin payı 63%-dən təxminən 61%-ə qədər azalıb. Yaxın aylarda dolların payı getdikcə artacaq. Bu isə kütləvi axın problemi  yaradır. Düzdür, bizdə depozitdə manatın payı yüksəkdir  və çox güman ki, yaxın aylarda depozit və kreditlərdə bu tendensiya davam edəcək. Burada təhlükəyə səbəb odur ki, Rusiyada depozitlərdə rublun payı az idi, bizdə isə çoxdur. Onlarda az olduğuna görə də depozitə görə bank sektoruna az adam müraciət edir. Ancaq bizdə bu yüksək olduğuna görə birdən-birə bank sektorunda müəyyən fəsadlar yarada bilər. Fəsadlar ondan ibarət ola bilər ki, kütləvi şəkildə dollar qıtlığı yarana bilər və bankların dollarla bağlı əməliyyatlarında müəyyən problemlər yarana bilər. Eyni zamanda ölkədə kütləvi şəkildə manat bolluğu yarana bilər. Çünki hər kəsin öz depozitini avtomatik olaraq dollara çevirməsi  manat üçün  əlavə təzyiq yaradır. Təzyiq yarananda isə manatın qiyməti ucuzlaşmalıdır. Bunun qarşısını almaq üçün Mərkəzi Bank öz valyuta ehtiyatını bazara buraxır. Belə bir situasiyada ya Mərkəzi Bankın ehtiyatları azalmalıdır, ya da Mərkəzi Bank pulu buraxmalıdır, devalvasiya getməlidir. Devalvasiyanın isə mənfi tərəfi odur ki, qiymətlər və  kredit faizləri artacaq. Çünki bizdə kredit qoyuluşunda manatın payı 60%-dən çoxdur. İndiki vəziyyətdə əsas zərbə xarici valyutadan kredit götürənlərə dəyəcək. Onların ödəməsində problem yaranacaq. Amma 3/2 hissə üçün manatın dəyərdən düşməsi ödənişi rahatlaşdıracaq. Məsələn, bir tanışım var. Rusiyada ev alıb və hər ay 60 min rubl pul keçirir. İlin əvvəlində 60 min rubl 2000 dollar idisə, indi 60 min rubl demək olar ki, min dollar edir. Bu kimi devalvasiya kredit bazarında bir o qədərdə ciddi problem yaratmayacaq. Amma 30% insanlar üçün böyük problemlər yaranacaq. Çünki şərti olaraq, insan hər ay 100 dollara görə 79 manat ödəyirdisə, devalvasiyadan sonra 100 dollara görə 90-100 manat ödəyə bilər. Bu isə faktiki olaraq, həmin insanın xərcini artırır»
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024