Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Bu gün, 14:29)
Ağdaşın icra hakimiyyəti Qarabağ Qazisindən PUL TƏLƏB EDİR?

Vətən müharibəsinin iştirakçısı, Ağdaş rayon sakini Quliyev Xanqardaş İbadət oğlunun səhhətində ciddi problemlər yaranıb. Məlumata görə, o, mübaribə dövründə Ağdam istiqamətində gedən döyüşlərdə ayağından güllə yarası alıb. Lakin müalicə tam aparılmadığına görə yara hələ də sağalmayıb. Bu isə onun bədənində davamlı ağrılara, hərəkət məhdudiyyətinə səbəb olub. X.Quliyevə sağ ayağın dəlib-keçən güllə yaralanması, V daraq sümüyünün əsasının açıq, yerdəyişməyən sınığına görə aparılmış yaraların birincili işlənməsindən sonra kafi bitişməmiş olan sınığı, funksiyanın müvafiq dərəcədə pozulması diaqnozu qoyulub.
Yaxınları “Yeni Sabah”a bildirib ki, X.Quliyev dəfələrlə müxtəlif qurumlara müraciət etsə də, ona lazımı dəstək göstərilmir.
Qazi ötən illər ərzində həm yazılı, həm də şifahi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon şöbəsinə müraciət edib:
“5 ildən çoxdur cavab gözləyirik. Bizə torpaq veriləcəyi deyilsə də, bunun üçün 6 min 500 manat tələb edirlər. Bildirirlər ki, torpağın sənədləşməsi üçün bu məbləği ödəmək lazımdır. Lakin bu, bizim imkanlarımız xaricindədir”.
Daha sonra məsələ ilə bağlı qazilər və əlillərin problemləri ilə məşğul olan QHT-lərə üz tutublar:
“Onlar gəlib vəziyyəti araşdırdılar, çəkiliş apardılar, amma yenə nəticə olmadı. Qardaşım topuq nahiyəsindən güllə yarası alıb, artıq iş qabiliyyətini itirib. 1 saatdan çox ayaq üstə qala bilmir, ayağı şişir və göyərir. Biz sadəcə onun üçün bir iş yeri istəyirik. Cavandır, ailə qurub, amma gələcəyi üçün dayaq yoxdur”.
Hazırda Quliyev Xanqardaşın ailəsi onun müalicəsi və sosial dəstək üçün aidiyyəti qurumlara yenidən müraciət etməyə hazırlaşır.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsə əlillik təyin edilməyib.
шаблоны для dle 11.2

Xəbər lenti
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025