İqtisadiyyat / Slayd (3-02-2024, 15:22)
SOCAR rəhbərliyinin yüzminlik maaşı…
Bu gün dənizdə işləyən işçilər öz ömrünü SOCAR prezidetinə bağışlamış gəmilərlə daşınır…
Bir neçə gün öncə SOCAR işçilərini dənizdən quruya gətirməli olan gəminin döşəməsinin deşilməsi qorxulu anlara səbəb olmuşdu. Gəmidə olan 60 yaxın işçi son anda güc-bəla ilə xilas edilmişdi. Həmin gün niyə neft-qaz istehsalı ilə məşğul olan işçilərin köhnə gəmi ilə daşınmasını aktuallaşdırmışdı. Üzərindən bir gün keşmiş SOCAR-a bağlı olan media qurumlarında SOCAR prezidenti Rövşən Nəcəfin bu işi nəzarətə götürdüyü yazıldı.
Bəli bu bir söz olaraq qaldı.Çünki bu gün yenə dənizdə işləyən işçilər öz ömrünü SOCAR prezidetinə bağışlamış gəmilərlə daşınır. Bu artıq danılmaz bir faktdır ki, təhlükə və yaxud qaçılmazdır.Bu təhlükəni nəzərə alan işçilərdən biri öz iradlarını Ulusal.az-a göndərib.
Dənizdə işləyən adının açıqlanmasının istəməyən işçi yazır:
“İşcilərin daşınmasında böyük problemlər var. Amma bilmirsizki sənədlə bu problemlərin olmaması üçün külli miqdarda pullar yazılıb və silinib. Neftçilərin Platformaya göndərilməsi hava səraitinə görə ( dumanlı ) helekopterlə mümkün olmadıqda gəmi ilə həyata keçirilir. Amma bizi daşımalı olan gəmilər öz ömürlərini 20-30 il öncə bitirib. Gəmilər sadəcə çölü bəzək, içərisi isə bibarçılıqdır. Bu gəmilərlə sahilə çıxanda biz kəlmeyi-şəhadətimizi oxuyub yola çıxırıq. Çünki sahilə catacağımıza əmin deyilik. Amma bilirik ki, bizə yeni gəmi alınıb. Amma bu sənəddə belədir. Bu günə qədər yeni gəminin üzünü görən yoxdur. Eyni işi biz SOCAR işçiləri də görürük biz köhnə gəmidə, BP-nin işçiləri isə müasir və hər cür avadanlıqla təmin olunmuş gəmidə sahilə gəlirlər. Bu onu göstərir ki, SOCAR rəhbərliyi birbaşa olaraq Rövşən Nəcəf bizi insan yerinə qoymur. Burada dəhşətli mənzərə yaranıb. Hər gün ölüm qorxusu ilə işçilər dənizə, və yaxud sahilə daşınır. Bir dəfə də olsun bizim iradlarımızı qəbul etmək istəmirlər. Bunun üçün çoxsaylı insanın ölməsini gözləyirlərmi? Biz burada dənizdə çörək puluna işləyirik. 15 gün soyuq və şaxtada, dalğaların altında cüzi əməhaqqı qarşılığında məcburən həyatımızı təhlükəyə atırıq”.
Görünən odur ki, aylıq 800-1000 manata dənizdə açlışan işçilər SOCAR rəhbərliyinin bu biganəliyindən cana doyub. Fəhlələrdən fərqli olaraq SOCAR-da kabinetlərdə olan vəzifəlilər yüksək əməhaqqı almaqda davam edir.
Ulusal.az-ın araşdırmasına görə 2023-cü il tarixinin son altı ay ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyinə 850 min manat ödəniş edilib.
Qeyd edək ki, qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti, birinci Vitse-prezident və doqquz Vitse-prezidenti daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə, ödənişlər almaq hüququna malikdirlər.
Maraqlıdır ki. SOCAR rəhbərliyində maaşlar nə qədərdir? Ödənilən 850 min manat paket üçün nəzərdə tutulubmu?
Məsələn, Rövşən Nəcəfin özünün rəsmi aylıq maaşı 13.008 manatdır. 1-ci Vitse-prezidentinki 12.360 manatdır. Digər vitse-prezidentlərinki 12096 manatdır və s. Hətta vitse-prezidentlərin müavinlərinin aylıq maaşı indi 10.919, 10688 manatdır…
Müqayisə üçün bir faktı deyim: məsələn, o boyda ABŞ prezidenti Baydenin aylıq maaşı 57 min manat (Tramp isə ayda 1 dollar maaş almaqla bütün maaşından imtina etmişdi). Yaponiyanın baş naziri 29 min manat, Rusiya Prezidenti Vladimir Putin 22 min manat, Rusiyanın baş naziri Mixail Mişustin 22 min manat, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 min manat maaş alır.
Azərbaycan Prezidenti İlham Əliyevin aylıq məvacibi 15 min manatdır, SOCAR prezidenti və onun müavinləri isə 13-12 min manat maaş alırlar! Bu biabırçılıqdır! Halbuki Azərbaycan qanunvericiliyinə görə, Əməyin ödənilməsi: növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla və normativ hüquqi aktlarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlər Kabineti tərəfindən müəyyən olunur, bunu bilirsiniz…

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024