Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-01-2019, 10:40)
SOCAR Qara dənizdə qazın kəşfiyyatı və hasilatı ilə maraqlanır

 SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rumıniyanın “Romgaz” şirkəti ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlıdır.
Mediatv.az-ın xəbərinə görə, bu barədə “Romgaz”ın məlumatında deyilir.
Rumıniya şirkətinin baş direktoru Adrian Volintiru Bakıda SOCAR nümayəndələri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib.
“Görüşdə qarşılıqlı maraq doğuran layihələr müzakirə olunub. SOCAR nümayəndələri neft şirkətinin “Romgaz” ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlı olduğunu bildiriblər. “Romgaz” şirkəti Azərbaycanda quruda və Xəzər dənizinin şelfində qaz hasilatı ilə bağlı layihələrdə SOCAR-la əməkdaşlıq etmək niyyətində olduğunu bildirib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, SOCAR nümayəndələri hər iki şirkətin Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri çərçivəsində əməkdaşlıq etməsinin mümkünlüyünü diqqətə çatdırıblar.
“Hər iki şirkət mümkün əməkdaşlığa dair danışıqları davam etdirəcək. Biz, həmçinin, qazın saxlanması sahəsində təcrübə mübadiləsi imkanlarını da müəyyənləşdirdik. SOCAR və “Romgaz” 3 mlrd. kubmetr həcmində qazın saxlanması üçün güclərə malikdir və bu fəaliyyəti inkişaf etdirmək niyyətindədir”, - deyə baş direktor əlavə edib.
Görüşün yekunları üzrə A.Volintiru bəyan edib ki, SOCAR-ın “Romgaz” ilə birgə iri layihələrdə iştirakı Rumıniya şirkətinin beynəlxalq bazarlara ekspansiyasına yol açacaq.
Qeyd edək ki, hazırda SOCAR Rumıniyada neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Rumıniyanın 19 regionunda SOCAR brendi altında 41 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024