Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-01-2015, 12:13)
Pensiyalar nə qədər artacaq?

Ekspertlər artımı qəpiklərlə ifadə edir...

 

Pensiyaların indeksləşdirilməsi haqqında dövlət başçısı İlham Əliyevin sərəncamı nəticəsində ölkədə pensiyaların sığorta hissəsi 1,4 faiz artırılacaq. Sərəncama əsasən, pensiyaların sığorta hissəsi və fərdi hesablardakı pensiya kapitalı 2014-cü il üzrə istehlak qiymətləri indeksinə, yəni 2014-cü ildəki inflyasiyaya uyğun olaraq artırılmalıdır. 
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən, 2014-cü ildə ölkədə inflyasiya 1,4 faiz təşkil edib. Bunu nəzərə alanda, pensiyaların sığorta hissəsi də məhz 1,4 faiz artırılacaq (fins.az).
Qeyd edək ki, hazırda ölkədə pensiyalar iki hissədən- baza və sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi 2013-cü ilin sentyabrından bəri 100 manatdır. Pensiyanın digər hissəsi sığorta hissəsi sayılır. 
Dövlət başçısının sərəncamı da sığorta hissəsinə aiddir. Kimsə indiyə qədər 150 manat pensiya alırdısa, bu məbləğdən 100 manat (baza hissə) çıxılır, qalan 50 manatın üzərinə isə 1,4 faiz əlavə olunur. Beləliklə, pensiyaların sığorta hissəsi 70 qəpik artmış olur ki, bu da yeni pensiya məbləğinin 150,7 manat olması deməkdir. 200 manat pensiya alanlar üçün pensiyanın sığorta hissəsi 100 manat təşkil edir (200-100=100 manat). 
Bu hissə 1,4 manat artacaq və yeni pensiya məbləği 201,4 manat təşkil edəcək. 250 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 150 manatdır (250-100=150 manat). Bu hissənin 1,4 faiz artımı real məbləğdə 2,1 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 252,1 manat təşkil edəcək. 300 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 200 manatdır (300-100=200 manat). Bu hissənin 1,4 faiz artımı real məbləğdə 2,8 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 302,8 manat təşkil edəcək.
Ekspert Qubad İbadoğlu isə məsələ ilə bağlı bildirib ki, əmək pensiyaları orta hesabla 1 manat 2 qəpik artacaq: “Dövlət başçısının pensiyalarının sığorta hissəsinin indeksləşdirilərək artırımasına dair sərəncamı ənənəvi xarakter daşıyır. Hər ilin yanvan ayının 1-dən fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi 2014-cü il üzrə istehlak qiymətləri indeksinə, inflyasiyaya uyğun olaraq aparılır. Ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq əmək pensiyalarının yalnız sığorta hissəsi 1,4 faiz artırılacaq. 1,4 faizlik artım pensiyaların bütün məbləğinə deyil, yalnız sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğinə şamil olunacaq. Ona görə də əksər pensiyaçıların pensiyalarının artımını qəpiklərlə ifadə edəcək. Çünki ölkədə inflyasiyaının gerçək səviyyəsi yüksək olmasına baxmayaraq, Dövlət Statistika Komitəsi onun aşağı göstərir. Biz bunu alternativ yolla inflyasiya səviyyəsini eyni metodika üzrə hesabladığımız zaman dəfələrlə isbat etmişik”. 
Ekspert qeyd edib ki, 1 yanvar 2015-ci il tarixinə ölkə üzrə əmək pensiyaçılarının sayı 1290,1 min nəfər təşkil edib. Həmin tarixə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat olub: «Hesablamalar göstərir ki, indeksləşdirmədən sonra orta hesabla əmək pensiyaları ((173,4 AZN- 100 AZN) x 1,4 %) 1 manat 2 qəpik, yaşa görə pensiyanın məbləği ((192,3 AZN - 100 AZN) x 1,4 %) 1 manat 29 qəpik artacaq".
Ekspert Natiq Cəfərli də bildirib ki, artım cüzidir: “Qanunla hər il rəsmi inflyasiya qədər təqaüdlər indeksləşdirilir. Buna görə də hökumət həmişə rəsmi inflyasiya rəqəmini bacardıqca aşağı elan edir. Keçən il rəsmi 1,4 faizlik inflyasiya elan etdilər, ona görə də, bu il təqaüdlərin indeksləşməsi 1,4 faiz olacaq. Yəni 100 manat alan, indi 101 manat 40 qəpik alacaq, 150 manat alan indi 152 manat 10 qəpik alacaq, 200 manat alan 202 manat 80 qəpik alacaq. Yəni xərcləməklə bitməz bu artım”.
O, həmçinin qeyd edib ki, təzə qəbul olunmuş konsepsiyaya görə, artıq baza hissəsi anlayışı yoxdur, əvəzinə minimum təqaüd anlayışı gətirilib. Ona görə də artım bütün məbləğə şamil olunacaq: “DSMF sədri deyir ki, indi bunun üzərində işləyirlər. Yəni dəyişiklik olandan sonra belə hesablayacaqlar”.
Qeyd edək ki, yanvarın 26-da dövlət başçısı İ.Əliyev Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024