Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-01-2015, 13:58)
Qubad İbadoğlu pensiyaların artmasından yazdı

İqtisadçı alim Qubad İbadoğlu pensiyaların artırılmasına münasibət bildirib

 

Qubad İbadoğlu bu barədə öz feysbuk profilində yazıb. Həmin statusu təqdim edirik: 
“Əmək pensiyaları orta hesabla 1 manat 2 qəpik artacaq.
Dövlət başçısının pensiyalarının sığorta hissəsinin indeksləşdirilırək artırımasına dair sərəncamı ənənəvi xarakter daşıyır. Hər ilin yanvan ayının 1-dən fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi 2014-cü il üzrə istehlak qiymətləri indeksinə (inflyasiya) uyğun olaraq aparılır. Ötən ilin inflyasiya səviyyəsinə uygun olaraq əmək pensiyalarının yalnız sığorta hissəsi 1,4 faiz artırılacaq. 1,4 faizlik artım pensiyaların bütün məbləğinə deyil, yalnı sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğinə şamil olunacaq. Ona görə də əksər pensiyaçıların pansiyalarının artımını qəpiklərlə ifadə edəcək. Çünki, ölkədə inflyasiyaının gerçək səviyyəsi yüksək olmasına baxmayaraq, Dövlət Statistika Komitəsi onun aşağı göstərir. Biz bunu alternativ yolla inflyasiya səviyyəini eyni metodika üzrə hesabladığımız zaman dəfələrlə isbat etmişik.
Məlumat üçün qeyd edimki, 1 yanvar 2015-ci il tarixinə ölkə üzrə əmək pensiyaçılarının sayı 1 290,1 min nəfər təşkil edib. Həmin tarixə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat olub. Hesablamalar göstərir ki, indeksləşdirmədən sonra orta hesabla əmək pensiyaları ((173,4 AZN- 100 AZN) x 1,4 %) 1 manat 2 qəpik, yaşa görə pensiyanın məbləği ((192,3 AZN - 100 AZN) x 1,4 %) 1 manat 29 qəpik artacaq isə artacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024