İqtisadiyyat (27-01-2015, 13:55)
Manatın dünyada yeri...
Dünya bazarında neftin ucuzlaşması demək olar ki, əksər ölkələrin valyutalarına təsirsiz ötüşmədi. İqtisadi proseslər bəzi valyutaların, xüsusən də neft gəlirlərindən asılı olan ölkələrin pul vahidlərinin dəyərdən düşməsinə səbəb oldu
Məsələn, 2014-cü ildə rus rublu 80%, qazax təngəsi 19%, türkmən manatı 22%, Belarus rublu 17%, Ukrayna qrivnası 90%, Türkiyə lirəsi 8% ucuzlaşıb.
Ancaq Azərbaycan hökuməti manatın nə 2009-cu ildə qlobal böhran baş verəndə, nə də neftin ucuzlaşdığı indiki mərhələdə ucuzlaşmasına imkan verir.
Bəs görəsən, dünya ölkələrinin valyutaları arasında manata nisbətdə ən bahalı pul vahidi hansıdır?
Azərbaycanın Mərkəzi Bankının yanvarın 26-da verdiyi açıqlamaya görə, hazırda manata nisbətdə ən bahalı valyuta Küveyt dinarıdır. Bu pul vahidinin dəyəri 2,65 AZN təşkil edir.
Ən dəyərsiz pul vahidi isə İran rialıdır. Belə ki, 100 İran rialının manatla ekvivalenti 0, 0022 AZN təşkil edir.
Dünya ölkələrinin valyutalarını sıralasaq, burada ilk sıradakı Küveyt dinarından sonra ingilis funt sterlinqi (GBR) gəlir: 1 GBR 1,17 manatdır.
Dünya valyutalarının bu günə olan rəsmi kursunun manata nisbətdə məzənnəsinə görə, avro 4-cü, ABŞ dolları 5-ci, gürcü larisi 10-cu, Türkiyə lirəsi 11-ci, Rusiya rublu 36-cı sıradadır. İran rialı isə qeyd etdiyimiz kimi, sonuncu pillədədir.
PİA.AZ bildirir ki,“Yeni Müsavat” Azərbaycan Mərkəzi Bankına istinadən həmin siyahını təqdim edir:
1. 1 Küveyt dinarı (KWD) - 2,65 AZN
2. 1 İngilis funt sterlinqi (GBR) - 1,17 AZN
3. 1 İsveçrə frankı (CHF) - 0,8922 AZN
4. 1 Avro (EUR) - 0, 877 AZN
5. 1 ABŞ dolları (USD) - 0,7844 AZN
6. 1 Kanada dolları (CAD) - 0,63 AZN
7. 1 Avstraliya dolları (AUD)- 0,6182 AZN
8. 1 Sinqapur dolları (SGD) - 0,5832 AZN
9. 1 Yeni Zellandiya dolları (NZD) - 0,5828 AZN
10. 1 Gürcü larisi (GEL)- 0,3907 AZN
11. 1 Türk lirəsi (TRY) - 0,3316 AZN
12. 1 Braziliya rialı (BRL) - 0,3041 AZN
13. 1 Yeni türkmən manatı (TMT)- 0,221 AZN
14. 1 Malayziya rinqqiti (MYR) - 0,2173 AZN
15. 1 BƏƏ dirhəmi (AED) - 0,2136 AZN
16. 1 Səudiyyə Ərəbistanı rialı (SAR) - 0,2087 AZN
17. Polşa zlotası (PLN) - 0,2084 AZN
18. 1 İsrail şekeli (İLS)- 0,1952 AZN
19. 1 Tacik somonisi TJS - 0,1418 AZN
20. 1 Çin yuanı (CNY)- 0,1254 AZN
21. 1 Danimarka kronu (DKK) -0,1178 AZN
22. 1 Misir funtu (EGP) - 0,106 AZN
23. 1 Honk Konq dolları (HKD)- 0,1012 AZN
24. 1 Norveç kronu (NOK) - 0,1008 AZN
25. 1 İsveç kronu (SEK)- 0,094
26. 1 Argentina pesosu (ARS) -0,0911 AZN
27. 1 Cənubi Afrika randı (ZAR) - 0,0687
28. 1 Meksika pesosu (MXN)- 0,0535 AZN
29. 1 Ukrayna qrivnası (UAH) - 0,0496 AZN
30. 1 Moldova leyi (MDL)- 0,0447 AZN
31. 1 Çexiya kronu (CZK)- 0,0317 AZN
32. 1 Özbək somu (UZS)- 0,0323 AZN
33. 1 Tayvan dolları (TWD) - 0,0251 AZN
34. 1 Qırğız somu (KGS)- 0,013 AZN
35. 1 Hindistsan rupisi (İNR) - 0,0128
36. 1 Rusiya rublu (RUB) - 0,0123 AZN
37. 1 Qazaxıstan tengəsi (KZT) - 0,0042 AZN
38. 100 Yapon yeni (JYP) - 0, 6668 AZN
39. 100 Cənubi Koreya vonu (KRW)- 0,0727 AZN
40. 100 Livan funtu (LBP) - 0,0519 AZN
41. 100 İndoneziya rupiası (İDR)- 0,0063 AZN
42. 100 Belarus rublu (BYR) - 0,0052 AZN
43. 100 İran rialı (İRR) - 0,0029 AZN
Məlumat üçün bildirək ki, manatın dollardan savayı digər valyutalara nəzərən məzənnəsi çarpaz şəkildə müəyyənləşdirilir. Belə ki, dolların həmin valyutalara münasibətdə məzənnəsinin dəyişməsi paralel olaraq, manatda da öz əksini tapır.
Xatırladaq ki, Azərbaycan 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçib. Həmin dövrdə 1 yeni manat (AZN) 5000 köhnə manata (AZM) bərabər tutulub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024