Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-01-2015, 17:10)
Vüqar Bayramov: “Vətəndaşların vəsaitləri sual altında qalacaq”

Bağlanan və əmanətlərin batdığı banklar hansıdır?

 

 
“Vətəndaşların depozitlərinə aydınlıq gətirilməməsi banklara olan inamı azaldır”.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov bağlanacaq bankların taleyinə aydınlıq gətirərkən deyib. İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın (MB) məlum hadisələrlə bağlı əhalini məlumatlandırmaması narahatlıq yaradır:
“Çox təəssüf ki, MB-ın əhalini məlumatlandırmasında, eyni zamanda, informasiyanı əhaliyə vaxtında çatdırması prosesində xeyli çatışmazlıqlar var. MB tərəfindən kommersiya banklarının hansısa müəyyənləşdirilmiş məcmu kapitalı ilə bağlı öhdəliklər üçün ayrılan vaxtı başa çatmasına baxmayaraq, hələlik MB vətəndaşlara bununla bağlı hər hansı bir rəsmi məlumat verməyib. Yalnız vətəndaşlar 5 bankın müflis olması barədə MB-nin özünün yaydığı məlumata malikdir. Vətəndaşların hansı bankların müflis olması və bank sektorunda, xüsusilə bankların öz öhdəliklərini yerinə yetirməsindəki son vəziyyətlə bağlı hər hansı bir məlumatın vətəndaşlara verilməməsi başadüşülən deyil”.
Ekspert hesab edir ki, vətəndaşların depozitlərinə aydınlıq gətirilməməsi banklara olan inamı azaldır:
“Vətəndaşlar arasında birmənalı şəkildə narahatlıq var. Hətta sözügedən bankların bağlanma təhlükəsi olsa belə, həmin banklar ümumi bank kapitalının təxminən 1 faizini təşkil edir və heç bir narahatlıq yaratmır. Amma bunun banklarda əmanəti olan vətəndaşlara heç də ciddi dəxli yoxdur. Vətəndaş yalnız öz vəsaiti haqqında düşünür. Onun üçün depozitinin taleyi daha önəmlidir. MB-ın vətəndaşları məlumatsız saxlaması depozitlərin taleyi ilə bağlı əhalidə narahatlıq yaranır. Məsələn, manatın məzənnəsinin stabil qalması ilə bağlı MB deyil, cənab prezident bəyanat verdi. Manatın məzənnəsinin stabil qalması, kommersiya banklarındakı mövcud vəziyyətlə bağlı bütün məlumat məhz MB tərəfindən vətəndaşlarla bölüşdürülməlidir. Ən azından, MB ilkin nəticələrlə bağlı əhaliyə məlumat verməli idi”.
Hazırkı vəziyyətdə əhalinin 30 min manatdan yuxarı vəsaitinin real təhlükə qarşısında qaldığını deyən V.Bayramov müflis olan banklar haqqında MB-ın yaxın vaxtlarda məlumat verməsini vacib hesab edir:
“Əgər bank müflis olursa, mövcud qanunvericiliyə əsasən 30 min manatadək olan və illik faizi 9 faiz olan əmanətlər sığortalanır. Yox, əgər 30 min manatdan yuxarı olan məbləğlər varsa, bankın aktiv və passivlərinə, yəni bankin malik olduğu pula (aktivinə) və bankın borcuna (passivinə) baxaraq, həll ediləcək. Əgər bankın vəsaiti borcundan çoxdursa, o zaman həmin vəsaitləri qaytarmaq mümkün olacaq. Əgər bu vəziyyət əksinə olarsa, onda vətəndaşların vəsaitləri sual altında qalacaq. Sözügedən banklar aktivləri və passivləri barədə məlumat yaymadığı üçün konkret əmanətlərin taleyi ilə bağlı hər hansı məlumat vermək mümkün deyil”.
Xatırladaq ki, MB-ın bankların məcmu kapitalının 50 milyon manata çatdırılması ilə bağlı kommersiya banklarına verdiyi son vaxtdan artıq 17 gün keçir. Bu öhdəliyi yerinə yetirməyən 5 bank barədə məlumat verilsə də, bankların adı açıqlanmayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024