Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-01-2015, 23:16)
Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

Dünya Bankı (DB) 2015-ci ildə Azərbaycanda ÜDM artımın 4,4 faiz səviyyəsində gözlənildiyini açıqlayıb. Bundan əvvəl bank ölkəmizdə iqtisadi artımını 4,1 faiz səviyyəsində proqnozlaşdırırdı. Bankın "Global Economic Prospects" adlı yanvar hesabatında həmçinin deyilir ki, 2016-cı ildə Azərbaycanda iqtisadi artımın 4,1 faiz, 2017-ci ildə isə 3,8 faiz səviyyəsində olacağını gözləyir.

“Həftə içi” xəbər verir ki, Bankın qiymətləndirmələrinə görə, Avropa və Mərkəzi Asiya ölkələrində (DB-nin Azərbaycanı da aid etdiyi) iqtisadi artım 2015-ci ildə 3 faiz, 2016-2017-ci illərdə 3,8 faiz təşkil edəcək. Həmçinin 2015-ci ildə Belarusda ÜDM-də artım 1,8 faiz (2016-2017-ci illərdə 2 faiz), Ermənistanda 3,3 faiz, Qazaxıstanda 1,8 faiz, Gürcüstanda 5 faiz, Qırğızıstanda 2 faiz, Rumıniyada 2,9 faiz, Macarıstanda 2 faiz, Tacikistanda 4,2 faiz, Türkiyədə 3,5 faiz, Estoniyada 2 faiz, Litva və Polşada isə 3,2 faiz səviyyəsində proqnozlaşdırılır. Rusiya, Ukrayna və Serbiyada ÜDM-in həcminin müvafiq olaraq 2,9 faiz, 2,3 faiz və 0,5 faiz azalacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, Rusiyanın və Ukraynanın münasibətlərindəki gərginlik, bu gərginliyin doğurduğu iqtisadi sanksiyalar, Avropa zonasında uzunmüddətli durğunluğun baş verməsi ehtimalı, həmçinin xammal qiymətlərinin düşməsi region üçün əsas risk amili olaraq qalır. Dünya Bankının proqnozlarına əsasən, uzunmüddətli artıma struktur amillər, həmçinin zəif biznes mühiti və institutlar, region ölkələrinin bank sisteminin zəifliyi mane olur. Bank bəyan edir ki, 2014-cü ildə Azərbaycanın tədiyyə balansında müsbət saldo ÜDM-də 12,6 faiz təşkil edib. 2015-ci ildə isə bu göstərici ÜDM-in 9,8 faiz, 2016-cı ildə 8,1 faiz, 2017-ci ildə 5,3 faizi səviyyəsində olacaq.

Bankın analitikləri qeyd edirlər ki, bazar iqtisadiyyatına ağrılı keçid və keçən əsrin 1990-cı illərinin birinci yarısında regional siyasi münaqişələr Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Moldova kimi bir sıra ölkələrdə iqtisadi artımın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardı. Nəticə etibarilə bu ölkələrdən çoxunda hər nəfərə real gəlirlər ən aşağı səviyyəyə qədər düşdü.

Ancaq sonralar gəlirlərin artması Rusiyada və Avropada qazanc imkanları tapan miqrantların (Ermənistan, Qırğızıstan və Moldova) pul köçürmələrinin və energetika sektorunun (Azərbaycan) yenidən qurulmasına imkan yaradan birbaşa xarici investisiyaların hesabına bərpa olundu. Bütün bunların nəticəsində Qırğızıstandan başqa, həmin ölkələrin hamısında hər nəfərə düşən gəlirlər 2005-ci ildə orta səviyyəyə qayıtdı.

Sevinc

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024