İqtisadiyyat (14-01-2015, 18:18)
ABŞ-da benzinin qiyməti iki dəfə qalxacaq
Neftin hazırkı qiymətləri 2016-cı ildə dünyada qara qızılın çatışmazlığı ilə nəticələnə bilər
Axar.az “OilPrice.com” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə “Enerji Prospektus Qrup” şirkətinin rəhbəri Den Steffes çıxış edib.
O, prosesin bu tərzdə davam etməsinin tezliklə bazarda böhranın yaranması ilə nəticələnəciyini bildirib:
“Əgər neftin tədarükü çox güclü şəkildə azalsa, o zaman ABŞ-da benzinin qiyməti 18 ay ərzində iki dəfə qalxacaq. Səudiyyə Ərəbistanı bir az öncə neftin hasilatını gündəlik olaraq 9,5 milyon barel səviyyəsində saxlamağı qərara alıb. Məncə, neftin bu qiyməti qısa müddətli olacaq və yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Ümumiyyətlə, hər il neftə tələbat ilk altı ayda az olur. Bu isə neftin qiymətini növbəti aylarda aşağı saxlamaqda davam edəcək. Belə bir fikir yaranıb ki, Səudiyyə Ərəbistan ABŞ-ın slans neftinin hasilatının tez bir müddətdə artmasına son qoymaq istəyir. Digərləri hesab edir ki, burada hədəf Rusiya və İran iqtisadiyyatıdır. Əgər neftin qiyməti indiki səviyyədə bir neçə ay da qalsa, o zaman bu hədəflərə çatmaq mümkün olacaq. Qiymətlərin bu tərzdə aşağı olması artıq 2016-cı ilin əvvəlində enerji böhranının yaranması üçün əla zəmin yaradır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025