İdman (5-11-2014, 10:52)
6 boksçumuz 1/4 finalda
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir
Fanat.az xəbər verir ki, ötən gün bir neçə çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Milli komandamızın 6 boksçusu 1/4 finalda gücünü sınayacaq.
57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib – 2:1. Boksçumuz 1/4 finalda şotlandiyalı Kallum Stüartla üz-üzə gələcək.
Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə qazanıb. Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə macarıstanlı Mark Kontreçlə münasibətlərinə aydınlıq gətirəcək. Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb.
Boksçularımızın 1/4 finaldakı rəqibləri:
46 kq: Ruslan Rüstəmov – Pavel Ryasni (Rusiya)
48 kq: Malik Həsənov – Nikita Piskunov (Rusiya)
57 kq: Bəxtiyar Qazıbəyov – Kallum Stüart (Şotlandiya)
63 kq: Pərviz Quliyev – Mark Kontreç (Macarıstan)
70 kq: Rasim Çobanlı – Nikita Krasnabayev (Belarus)
75 kq: Hacı Dilbazov – İvan Çubrevçev (Ukrayna)
Qeyd edək ki, +80 kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025