Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (24-02-2016, 17:50)
“Kəpəz”də 3 futbolçu məşqlərdən kənarda qaldı

 

Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” oyuna itkilərlə çıxa bilər.

Mediatv.az saytının məlumatına görə, matça hazırlaşan Gəncə təmsilçisinin məşqlərinə 3 futbolçu qatılmır.

 

Braziliyalı hücumçu Dario Federiko Junior uzun müddətdi zədəsi ilə əlaqədar, komandadan ayrı düşməsi məlum olduğundan, söhbət Budaq Nəsirov, Tərlan Quliyev və yeni transfer Orxan Əliyevdən gedir.

 

Məlumatı əməkdaşımızla söhbətində “Kəpəz”in baş məşqçisi Şahin Diniyev də təsdiqləyib.

 

Ötən tur “İnter”lə oyundan sonra Budaq Nəsirovun ayağında ağrılar yaranıb. Məhz bu səbəbdən gənc yarımmüdafiəçi son məşqlərdə iştirak edə bilməyib. Qış fasiləsində gəncəlilərin heyətinə cəlb olunan Orxan Əliyev isə yenidən zədələnib. Nəticədə Əliyevin məşqlərdə iştirak etməsinə problem yaranıb.

 

Tərlan Quliyevin hazırlıqdan kənarda qalması isə başqa səbəblə bağlıdı. Transfer hüququ “Qarabağ”a məxsus olan müdafiəçi yoluxucu xəstəlik olan qripə tutulub. Hərarəti olduğundan, Quliyev komandanın məşqlərini buraxmaq məcburiyyətində qalıb.

 

Qeyd edək ki, fevralın 27-də keçiriləcək “Kəpəz” – “Sumqayıt” qarşılaşması saat 14:00-da start götürəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024