Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-09-2015, 18:32)
AZAL Gəncədən əliboş dönür - YENİLƏNİB

AZAL Gəncədən əliboş dönür - YENİLƏNİB

17:56

Mediatv.az xəbər verir ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində  "Kəpəz" - AZAL oyunu başa çatıb. Ev sahibləri minimal üstünlüklə qalib gəliblər.

"Kəpəz" - AZAL - 1:0 (İkinci hissə)
Qol: Dario Federiko (1:0)
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov  
Gəncə şəhər stadionu

----------

16:00

Mediatv.az xəbər verir ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində  "Kəpəz" - AZAL oyununa start verilib

"Kəpəz" - AZAL

-----------

12:14

Bu gün Topaz Premyer Liqasında IV tura start veriləcək.

Mediatv.az apasport.az-a istinadən xəbər verir ki,turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. 

Milli komandamızın Avro-2016-nın seçmə mərəhələsindəki oyunları ilə əlaqdar çempionata verilmiş fasilədən sonra milli birincilik qaldığı yerdən Gəncədə davam edəcək.
 
İki illik fasilədən sonra Premyer Liqaya geri dönən "Kəpəz" çempionata heç də yaxşı start verə bilməyən AZAL-ı qəbul edəcək. Şahin Diniyevin yetirmələri bu mövsüm hələ ki, qələbə qazana bilməsələr də, iddialı rəqiblərlə qarşılaşmalarda göstərdikləri layiqli mübarizələrlə diqqət çəkə bilib. AZAL isə yeni mövsümdə, ümumiyyətlə, xala həsrət qalıb. Rəqiblər arasındakı heyət fərqinə və doğma meydan amilinə əsasən demək olar ki, gəncəliləri matçın favoriti hesab eləmək olar.
 
Günün digər iki oyunu isə paytaxtda baş tutacaq. Əvvəlcə "İnter" "Qəbələ"ni qəbul edəcək. Mövsümə Avroliqa ilə başlayan iki klub bu dəfə çempionatda qarşılaşacaqlar.
 
"Qəbələ" mövsümə yaxşı başlayıb. Avropada qazandığı nailiyyətlərlə yanaşı çempionata da uğurlu start verən Roman Qriqorçukun yetirmələri ilk 3 turdan 7 xal toplayıb və turnir cədvəlinin şərikli liderlərindən biridi. "İnter" isə 4 xal toplaya bilib. Bu qarşılaşma "bankirlər" üçün qələbə qazanacaqları halda liderlərə çatmaq baxımından çox əhəmiyyətlidi.
 
Paytaxtda keçiriləcək digər qarşılaşmada isə "Qarabağ" "Dalğa Arena"da "Xəzər Lənkəran"ı qəbul edəcək. Komandaların turnir cədvəlindəki mövqelərini nəzərə alsaq, bu görüşü turun mərkəzi qarşılaşması adlandırmaq olar. Şübhəsiz ki, matçın favoriti "Qarabağ"dı. Ancaq "ağ-yaşıllar"ı da hesabdan silmək olmaz. Yunis Hüseynovun komandası bu mövsüm ən pis halda, Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. "Qarabağ"ın bu oyundan 5 gün sonra səfərdə "Tottenhem"lə ağır görüşə çıxacağını nəzərə alsaq, Qurban Qurbanov əvvəlki turlarda olduğu kimi, yenə əsas heyətin bir neçə üzvünə istirahət verə bilər.
 
Topaz Premyer Liqası
IV tur 
 
12 sentyabr (şənbə)
 
16:00. "Kəpəz" - AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov  
Gəncə şəhər stadionu
 
20:00. "İnter" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"İnter Arena"
 
20:30. "Qarabağ" - "Xəzər Lənkəran"
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
"Dalğa Arena"

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024