İdman (23-10-2015, 23:32)
"Neftçi" AZAL-a uduzdu
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start verilib.
Mediatv.az-ın Qol.Az-a istinadən məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında AZAL və "Neftçi" komandaları üz-üzə gəlib. "AZAL Arena"da keçiriləcək oyunda "Neftçi" 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Premyer Liqada 9-cu tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.
23 oktyabr (cümə)
Azərbaycan Premyer Liqası, 9-cu tur
18:00. AZAL – “Neftçi” - 2:1
Qollar: Nuqzar Kvirtiya, 24-pen (1:0), Ruslan Qurbanov, 57 (1:1),
Aleksandr Quruli, 90+4 (2:1)
Qırmızı vərəqə: Filta Jairo Rodriges, 90+3 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
“AZAl Arena".
24 oktyabr (şənbə)
15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
Gəncə şəhər stadionu.
17:00. “İnter” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
“İnter Arena”.
25 oktyabr (bazar)
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.
