Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (11-07-2015, 15:28)
“İnter” 2 əcnəbi futbolçusu ilə yollarını ayırdı

Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” “transfer bazarı”ndakı fəallığı ilə kifayətlənmir

 

Apasport.az saytının məlumatına görə, “bankirlər” heyətdə təmizləmə işlərini də davam etdirirlər.
 
Klubun meneceri Aleksey Barvinski bildirib ki, iki əcnəbi futbolçu ilə yollarını ayırıblar. Söhbət hücumçular Sezar Meza Kolli və Dieqo Madriqaldan gedir: “Hər iki futbolçu vətəninə gedib. Onlar geri qayıtmayacaqlar. Çünki artıq “İnter”in futbolçuları deyillər”.
 
Menecer onu da əlavə edib ki, makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevski Avropa Liqasının II təsnifat mərhələsində “Hafnarfyordur”la oyunlarda iştirak edə bilməyəcək. Buna səbəb Georgiyevskinin zədədən əziyyət çəkməsidi: “Slavço “Hafnarfyordur”la oyunlar üçün sifariş ərizəsinə salınmayacaq. Amma bu o demək deyil ki, o, komandadan ayrılıb. Sadəcə, zədəli olduğu üçün bir müddət komandadan ayrı qalacaq”.
 
Qeyd edək ki, Meza Kolli və Madriqaldan öncə “İnter” yay fasiləsində Azər Salahlı, Elvin Məmmədov, Coşqun Diniyev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vojislav Stankoviç, Yohan Bokonyano, Eyyub Əliyev, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Matiya Şpiçiç, İvan Benites, Ruben Şaken, Yusef Feniç, Derlis Meza Kolli, Mikel Alvaro, Junior Nildo, Baçana Sxadadze, Abdulla Abatsiyev və Əfran İsmayılovla yollarını ayırmışdı.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024