Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (29-09-2015, 13:58)
“Qarabağ” azarkeşlərinə görə cəzalandı

 

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Mediatv.az xəbər verir ki, keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:


Premyer Liqanın VI turunun “İnter” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Dhiego Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.

Premyer Liqanın VI turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur.

Premyer Liqanın VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 14 №-li futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.

Əvəzedici heyətlərin VI turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Əvəzedici heyətlərin VI turunun “Qarabağ” – “Neftçi” matçının 73-cü dəqiqəsində “Qarabağ” klubunun 28 №-li futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025