Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (17-12-2015, 22:18)
"Neftçi" uduzdu

 

 

Bu gün iki oyunla Azərbaycan Premyer Liqasında XVII tur yekun vurulub. 
Mediatv.az -ın məlumatına görə, ilk oyunda "Xəzər Lənkəran" doğma meydanda "Kəpəz"i qəbul edib. 
Qarşılaşmanın taleyini bir qol həll edib. 65-ci dəqiqədə fərqlənin Şəhriyar Rəhimov "Kəpəz"ə qələbə qazandırıb - 1:0. Bununla da komandalar arasındakı oyunlarda ənənə pozulmayıb. Belə ki, bunda əvvəlki hər iki oyun eyni hesabla başa çatmışdı. Çempionatdakı matçda "Kəpəz", kubokdakı görüşdə "Xəzər Lənkəran" eyni hesaba sevinmişdi. Ardıcıl 5 oyunda qələbə qazana bilməyən "Kəpəz" uğursuz seriyanı bitiribsə, "Xəzər Lənkəran" 5 matçlıq qələbəsizliyə son qoya bilməyib.
Tura "Neftçi" - AZAL oyunu ilə yekun vurulub. Son 4 oyunda uduzmayan "Neftçi"nin uğurlu seriyası qırılıb. Oyunda bir qol vurulub və AZAL qələbə qazanıb - 1:0. Yeganə qola 29-cu dəqiqədə Ruslan Nəsirli imza atıb. 
Qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Əsgər Abdullayev məğlubiyyəti şərh edib: "Oyuna köklənmək lazımdır. Bu barədə çoxlu işlər görməliyik. Təəssüf ki, istədiyimizə çata bilmədik. AZAL-ı təbrik edirəm. O komandanın öz dəsti-xətti var. Küçə komandasının Premyer Liqada nə işi var? Zəif komanda yox, zəif hazırlıq var. Mən Tərlan Əhmədovdan inciməmişəm. Ancaq elə bir vəziyyətdə idim ki, futbolçularıma əsəbləşmişdim. Özümü çox pis hiss edirdim. Adi alət köklənməsə, istədiyi səsi çıxarmır. Mən də istədim ki, xal itirməyək. İstərdim ki, irəlidə gedən komandaların içində olaq. Bizdə çatışmayan cəhətlər var. Futbolçu meydançada nə olursa olsun, özündən çıxmamalıdır. Bu, mənim də xoşuma gəlmir. Bu barədə onlarla danışmalı olacağıq".
Qeyd edək ki, ilk iki oyun günündə turun üç matçı baş tutub. "İnter" "Rəvan"ı 2:0, "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə yenib, "Qarabağ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2.
 
 
Premyer Liqa
2015/16 mövsümü
II dövrə, 
 
17 dekabr
Xəzər Lənkəran - Kəpəz 0:1
 
Neftçi - AZAL 0:1
Qol: Ruslan Nəsirli, 29.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024