Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (23-02-2014, 21:38)
Bakıda polislə atışma- 1 polis öldürüldü

 

Bakının Sabunçu rayonunda polislə naməlum şəxlər arasında atışma baş verib. 

 

“Qafqazinfo”ya daxil olan məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu rayonunun 62 saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində dörd polis əməktaşı ağır yaralanıb. Bir nəfər isə qətlə yetirilib. 

Yaralılardan birinin Sabunçu rayonu polis idarəsində "Akula Akif " ləqəbli rəis müavininin oğlu olduğu bildirilir. Yaralılar 3 saylı Sabunçu rayon xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər olduğu məlum deyil.  

 Bir qədər sonra bu barədə daha ətraflı məlumat verməyə çalışacağıq.

***

“Qafqazinfo”nun indicə əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində olsa da, Suraxanı polis rəisinin əməliyyat üzrə muavini Akif Nəzərov və oğlu yaralanıb. Onların vəziyyətinin normal olduğu deyilir.

Atışmada həlak olan polisin adını isə hələ ki, dəqiqləşdirə bilmədik.

Polisə müqavimət göstərənlərdən birinin isə adının Gülağa olduğu məlum olub. Onun saxlanıldığı deyilir.

***

APA-nın məlumatına görə, hadisə nəticəsində Suraxanı rayonu Polis İdarəsinin rəis müavini, 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif  Hacıəliəhməd oğlu Əlipaşayev  və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

  F. Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.

 Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyirlər. 

 Qeyd edək ki, rəis müavininin oğlu Asif Nəzərov da Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024