Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:04)
ETN-dən bir gündə iki tender: 14 milyon manatın aqibəti necə olacaq?

Elm və Təhsil Nazirliyi bir gündə daha iki tender keçirib.
Tribunainfo.az xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı nəticələri açıqlayıb.
Məlum olub ki, Respublika üzrə bir sıra təhsil müəssisələrində təmiri işlərinin həyata keçirilməsi üzrə tenderin qalibi “KONEKS CONSTRUCTİON” MMC olub. Bu işlərin görülməsi üçün nazirlik şirkətə 4 milyon 321 min 148 manat ödəyəcək.
Digər tender isə məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması üzrə keçirilib. “LN TRADING” MMC-nin qalibi olduğu bu tenderin dəyəri isə 9 milyon 765 min 975 manat təşkil edib.
Tribunainfo.az-ın qısa araşdırması zamanı məlum olub ki, “LN TRADING” MMC bu ilin avqust ayında da ETN-in daha bir bahalı tenderinin qalibi olub. Belə ki, həmin vaxt şirkət icma əsaslı və peşə təmayüllü siniflərin təşkili üçün malların satınalınmasını reallaşdırıb. Bu işlərin görülməsi üçün isə 6 milyon 421 min 66 manat pul alıb.
Açıq mənbələrdə qeyd edilir ki, “LN TRADING” (VÖEN: 1405520221) MMC 06.05.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, ÜZEYİR HACIBƏYOV, ev.5, m.3 göstərilir. MMC-nin qanuni təmsilçisi kimi isə Cəfərov Ramin Nəcəf oğlu qeyd olunub. QSC-nin təsisçisi və ilk qanuni təmsilçisi Abbaszadə Fariz Nazim oğlu olub.
Şirkətin mütəmadi olaraq vergi qaydalarını pozduğu və buna görə, dəfələrlə maliyyə sanksiyaları ilə üzləşdiyinə dair də açıq mənbələrdə məlumat var.
шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025