Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (4-08-2017, 09:47)
Motosiklet qəzaları 9 nəfərin ölümünə səbəb oldu

Motosiklet qəzaları 9 nəfərin ölümünə səbəb oldu

 

Bu ilin altı ayı ərzində Azərbaycanda 20 motosiklet qəzası baş verib.

Mediatv.az  xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

O qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir:

“Motosikleti başa “kasqa” taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar”.

K.Əliyev bildirib ki, motosikletlərin qayda pozuntusunu yalnız arxa hissədən çəkmək mümkündür: “Çünki onlara bir ədəd dövlət nömrə nişanı verilir, o da arxada olur. Buna görə də qayda pozuntusunu ön hissədən çəkdikdə bunun kimin tərəfindən törədildiyini dəqiq müəyyən etmək mümkün deyil. Avropa ölkələrinin əksəriyyətində də motosiklet sürücülərinin törətdiyi qayda pozuntuları ilə bağı problem dövlət nömrə nişanlarının arxada olması və onların kamera və radarlardan kənarda qalması ilə bağlıdır”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024