Sosial (Bu gün, 16:15)
Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT
Səhiyyə Nazirliyinin plastik cərrah kimi fəaliyyətinə icazə vermədiyi və adı uğursuz cərrahi əməliyyatda çəkilən Nurlan Həsənli işinə davam edir.Bizim.Media-nın əldə etdiyi məlumata görə, özünü plastik cərrah kimi təqdim edən Nurlan Həsənli sosial şəbəkələrin bəzisində yeni hesab yaradıb, bəzisində isə köhnə adını yenisi ilə əvəzləyib.
O, “facebook” hesabında əlaqə üçün “Mərcan Medicare” klinikasından əlaqə nömrəsi qeyd etsə də, klinikadan onun həmin xəstəxanada işləmədiyini bildirdilər.
Məlumatın doğruluğunu yoxlayarkən “Mərcan Medicare” klinikasının rəsmi saytında həkimlər bölməsində Nurlan Həsənlinin adına rast gəlmədik.
Nurlan Həsənli hazırda “Glamour Estetik” klinakasında çalışaraq mamoplastika, üzgərmə, bədən şəkilləndirmə, abdominoplastika, rinoplastika, liposaksiya və digər estetik əməliyyatları icra edir.
Xatırladaq ki, Nurlan Həsənlinin adı jurnalist Qənirə Ataşovanın diplomu və Səhiyyə Nazirliyi tərəfindən müvafiq sertifikatı olmayan plastik cərrahların siyahısında yer almışdı.
Onun adı, həmçinin bloqer fəaliyyəti göstərən Nərminin ölümündə hallanırdı. Belə ki, 2024-cü ildə Xocalı prospekti 25 ünvanındakı idman kompleksinin həyətində meyiti tapılan Nərmin İsgəndərlinin bir müddət öncə “Mərcan Medicare” klinikasında Nurlan Həsənliyə burun əməliyyatı etdirdiyi iddia olunurdu. Lakin klinikanın baş həkimi Araz Ağayev əməliyyatın ölüm halından bir ay öncə və başqa həkim tərəfindən icra olunduğunu açıqlamışdı.
Baş həkim Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərdiyini qeyd edib.


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026


























