Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 14:20)
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-FOTOLAR

 

Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır

 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı suallar getdikcə artır. Xüsusilə də, dövlət qulluğunda yüksək vəzifə tutan şəxslərə, habelə Agentliyin İdarə heyətinin sədri Aygün Əliyevanın rəfiqələrinə məxsus və ya onlarla birbaşa əlaqəli olan QHT-lərin mütəmadi şəkildə qrant alması artıq təkcə etik məsələ deyil, açıq korrupsiya riskinə çevrilən sistem problemidir.
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, belə nümunələrdən biri Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyevin adı ilə bağlı olan “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyidir.
Açıq mənbələrdən məlum olur ki, sözügedən QHT 21 iyul 2006-cı ildə Ədliyyə Nazirliyində 1106-Q12-2177 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçib. Təşkilat Hacıyev Kəyan Cabbar oğlu və Talıbov Barat Rövşən oğlu tərəfindən yaradılıb. Uzun illər QHT-yə məhz Kəyan Hacıyev sədrlik edib. Son dövrlərdə isə formal xarakter daşıyan dəyişiklik edilərək sədr postuna Reyhanə Hacıyeva gətirilib.
 Məmurun QHT-si niyə var və bu QHT dövlət büdcəsindən maliyyələşməlidirmi?
 “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi son illərdə QHT-lərə Dövlət Dəstəyi  Agentliyindən aşağıdakı qrantları alıb:
·        2022-ci il – “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” – 8000 manat,
·        2024-cü il – “Elektron xidmətlərdən istifadənin təşviqi” – 8500 manat,
·        2025-ci il – “Uğura doğru addımla” – biznes fəaliyyəti üzrə təlimlər – 10000 manat.
 Bu layihələrin mahiyyətinə baxdıqda elementar bir uyğunsuzluq ortaya çıxır. Nə layihələr təşkilatın adına və davamlı inkişaf konsepsiyasına uyğun gəlir, nə də bir-birini tamamlayan sistemli fəaliyyət proqramı mövcuddur. Bu isə belə bir təsəvvür yaradır ki, layihənin məzmunu yox, təşkilatın “kimə məxsus olması” əsas meyar kimi götürülüb.
Məhz bu nöqtədə artıq söhbət sadəcə etikadan yox, korrupsiyaya yol açan mexanizmdən gedir.
                              Məmurun işi QHT yaratmaqdırmı?

Dövlət məmurunun bir əsas vəzifəsi var – ona etibar edilmiş dövlət işini icra etmək. Məmur nə biznesmen, nə QHT rəhbəri, nə də qrant ovçusu olmalıdır. Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır.

 
Burada sual sadədir:
Məmura məxsus QHT-nin ardıcıl qrantlar alması hansı maraqlara xidmət edir?

                    Köhnə münasibətlər, yeni qrantlar?
Məsələni daha da düşündürücü edən faktlardan biri də odur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olmuş, hazırki deputat Azər Allahverənov uzun müddət Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olub. Həmin İctimai Şuranın fəaliyyətinin əlaqələndirilməsi isə məhz Kəyan Hacıyevə tapşırılıb.
 
Bu münasibətlər fonunda Kəyan Hacıyevə bağlı QHT-nin ardıcıl qrantlar alması “təsadüf” kimi görünmür. Əksinə, bu hal şəxsi əlaqələrin dövlət qərarlarına təsir göstərməsi ehtimalını gücləndirir. Buna oxşar başqa məqamlar da var ki, qarşıdakı yazılarımızda onlara da toxunacayıq.
                       Bu, tək bir QHT-nin problemi deyil!

 QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin qrant müsabiqələrində məmurlara, vəzifəli şəxslərə, onların yaxın çevrəsinə və ya nüfuzlu şəxslərlə əlaqəli QHT-lərə üstünlük verilməsi halları ilə illərdir qarşılaşırıq, görürük. Nəticədə isə real sosial problemlərlə məşğul olan, cəmiyyət üçün çalışan, lakin “tapşırığı” olmayan QHT-lər kənarda qalır.

 Bu proses dövlət büdcəsinin təyinatından yayınmasına, QHT sektorunun nüfuzdan düşməsinə və ictimai etimadın sarsılmasına gətirib çıxarır.
 Bu gün əsas məsələ ad çəkmək yox, sistemi ifşa etməkdir. Məmur QHT-ləri, formal layihələr və ardıcıl qrantlar davam etdikcə, korrupsiyaya qarşı mübarizədən danışmaq sadəcə söz olaraq qalacaq.
 QHT-lərə Dövlət Dəstəyi Agentliyi isə cəmiyyətə açıq şəkildə cavab verməlidir:
·        Məmurla əlaqəli QHT-lər necə qiymətləndirilir?
·        Maraqların toqquşması mexanizmi niyə işə düşmür?
·        Layihələrin real nəticələri niyə ictimaiyyətə açıqlanmır?
·  Müsabiqədənkənar qrantlar kimlərə və hansı kriteriyalar əsasında verilir?
Bu suallar cavabsız qaldıqca, “dövlət dəstəyi” adı altında vəsaitlərin kimlər arasında bölüşdürüldüyü barədə şübhələr daha da artacaq.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
   шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026