Gündəm (21-11-2014, 17:46)
Bakıda motosiklet “ovu” başladı
Nazir Bakı polisini ayağa qaldırdı
Bu dəqiqələrdə Bakıda motosikletlərə qarşı xüsusi reyd keçirilir.
Mediatv.az-ın əməkdaşının şəhərdə apardığı müşahidələrə görə, paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları Yol Polisi və Post Patrul avtomobilləri ilə axtarış aparırlar.
Məlumata görə, əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev (302) və Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) edir. Gecə saatlarından başlayan əməliyyat nəticəsində bu dəqiqələrədək 11 motosiklet saxlanılaraq, dayanacaqlara aparılıb.
Əməkdaşımız gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib. Məlum olub ki, bu gün 20-21 radələrində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Metronun “Elmlər Akademiyası” yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozublar.
Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakı, əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkətlərini tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra “motosiklet ovuna” start verilib.
Hazırda əməliyyat davam edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024