Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (23-10-2015, 11:50)
Ağcabədidə pul dəyişən və itkin düşən şəxsin meyiti tapıldı

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

Mediatv.az-ın APA-ya istinadən xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən sayta bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

Hadisənin qəsd və ya intihar olması araşdırılır.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Xatırladaq ki, bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024