Hadisə (22-10-2015, 16:55)
MTN-in idarə rəisi vəzifəsindən çıxarılıb?
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovun tutduğu vəzifədən azad edilməsi haqda məlumat yayılıb.
Mediatv.az-ın xəbərinə görə, Musavat.com-a daxil olan məlumatda deyilir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) və Baş Prokurorluğun MTN-də həyata keçirdiyi xüsusi əməliyyat zamanı tutulanlar sırasında general-mayor S.Qurbanovun işçisi Füzuli Əliyev də var. Belə xəbər var ki, F.Əliyev idarə rəisinin əleyhinə ifadə verib. Bundan sonra idarə rəisini tutduğu postdan uzaqlaşdırılması haqda qərar qəbul olunub.
Redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevlə əlaqə saxladıq. Mərkəz rəhbəri S.Qurbanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı sorğumuzu bir qədər sonra cavablandıracağını bildirdi. Məsələ ilə bağlı veriləcək cavabı da təqdim edəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024