Mediatv.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
Bildirilir ki, İranın şimalında Bəndər-Ənzəli şəhərindən çıxan "Dəmavənd" esminesi, "Cuşan" və "Peykan" adlı iki raket kateri bu gün Həştərxana yola düşüb.
Eksadranın komandiri Əhməd Reza Bakeri Fars agentliyinə bildirib ki, səfər əvvəlcədən planlaşdırılmış olub.
"Həştərxandan sonra esakdra Bakıya dostluq səfəri edəcək və iki həftədən sonra qeydiyyat limanına geri dönəcək", - deyə o bildirib.
O da qeyd olunur ki, İranın hərbi gəmilərinin bu səfəri Xəzərdə təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib.(oxu.az)