Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (2-06-2015, 15:10)
Oliqarxın məhkəməsində: “144 milyon manat haradan çıxdı?”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Mediatv.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əlihüseyn Ağayev şahid qismində dindirilib.
 
O, təqsirləndirilən şəxslərdən Heydər Rzayevi tanıdığını, 2007-2008-ci illərdə Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə “Birlikbank”dan 100 min manat kredit götürdüyünü, ödənişdə gecikmələr olsa da məbləği tam ödədiyini deyib.
 
Bundan sonra hakim Əfqan Hacıyev bildirdi ki, iş üzrə şahid qismində tanınmış şəxslər - Namiq Allahverdiyev, Əlvan Əsədov, Kəmalə Əkbərova, Təhmuraz Tağıyev, Valeh Həsənov, Əjdər Cəfərov, Eldəniz Hacıyev, Kamran Hacıyev və Məmmədpaşa İbrahimov məhkəməyə teleqram vuraraq prosesə gələ bilmədiklərini və istintaqa verdikləri ifadələrini tədiq etdiklərini göstəriblər.
 
İş üzrə şahid qismində tanınmış Canpolad Kazımovun aprelin 20-də dünyasını dəyişməsi ilə bağlı ölüm kağızı məhkəməyə təqdim olundu.
 
Vəkil Osman Kazımov A.Abdullayevə irəli sürülən leqallaşma ittihamının araşdırılmasını məhkəmədən xahiş etdi: “Bu epizodla bağlı araşdırma yoxdur. 144 milyon hansı yolla leqallaşdırılıb? Bu məbləğ haradan əmələ gəlib? Bu ittiham üzrə cinayət işi materiallarında heç bir sübut təqdim olunmayıb. Məhkəmə bu məsələni araşdırmalıdır”.
 
Xatırladaq ki, ittihama görə, 144 milyon vəsait “AMAY” ticarət mərkəzinin tikinti və təmirinə və İranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunaraq leqallaşdırılıb.
 
Hakim Ə.Hacıyev bu məsələyə sənədlərin tədqiqi zamanı baxılacağını dedi.
 
Məhkəmə prosesi iyunun 4-ə kimi təxirə salındı.
 
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
 
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
 
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
 
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. (Virtualaz.org)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024