Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-02-2015, 18:10)
“AMAY Abdulla”: “Nə cəza verəcəksinizsə, tez verin”

Abdulla Abdullayevin məhkəmə prosesi fasilədən sonra davam etdirilib

 

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, fasilədən sonra hakim A.Abdullayevi ittihamın mahiyyəti ilə tanış edib.
Lakin A.Abdullayev özü haqqında səsləndirilən ittihamlarda mənimsəmə ilə bağlı məqamların olmadığını bildirib. O, qeyd edilən məbləğin kredit məqsədi ilə götürüldüyünü deyib.
A.Abdullayev hakimə müraciət edərək məhkəmə proseslərinin həftədə iki dəfə keçirilməsini xahiş edib: “İnsan içəridə saatlarını sayır. Mən günahsız yerə orada saxlanılıram. Sizə sifariş veriblər ki, məni tutun. Mənə də sifariş vermişdilər ki, o binanı tikim”.
O, hakimə deyib ki, nə cəza versə də onda günah görməyəcək: “Mənə nə cəza versəniz, sizi heç vaxt günahlandırmayacağam. Çünki sizə sifariş veriblər. Amma xahiş edirəm ki, nə cəza verəcəksinizsə, tez verin. Gedək işimizin-gücümüzün dalınca”.
Məhkəmə prosesi martın 5-nə təxirə salınıb.
*  *  * 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
A.Abdullayevin vəkilləri Osman Kazımov və Əkbər Bağırov bir neçə vəsatət qaldırıb. Vəsatətlərin bir hissəsi baxılmamış saxlanılıb. Vəkillərin A.Abdullayevə qarşı ittihamın aydın olmaması ilə bağlı qaldırdığı vəsatət təmin edilib. Hakim ittihamın A.Abdullayevə izah olunmasının təmin edilməsi ilə bağlı qərar verib.
Məhkəmədə çıxış edən A.Abdullayev deyib ki, 11 aydır cəzaçəkmə müəssisəində saxlanılır və heç bir hüququ yoxdur: “11 aydır burada saxlanılıram. Biz rəiyyətik. Qanunlar qarşısında boynumuz qıldan incədir. Mənim heç bir hüququm yoxdur”.
Məhkəmə prosesi saat 14:00-dək təxirə salınıb.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024