Sosial / Slayd (24-04-2015, 19:54)
“Başıma xalta salıb meymun kimi gəzdirirlər, dözə bilmirəm” - “AMAY Abdulla”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə iş üzrə 13 nəfər zərərçəkmiş şəxs qismində dindirildi.
Rəşad Quliyev, Rasim Cavadov, Yelena Axundova, Allahşükür Qurbanov, Yalçın Muradov, İbrahim Novruzov, Leyla Həmidova, Akif Yusifov, Ülviyyə Nadirova, Səid Balayev və Həsən Nəbiyev ifadələrində 2004-cü ildə “Xudafərin” MMC ilə müqavilə bağladıqlarını, binanın tam komplekləşdirilməməsini məhkəmənin nəzərinə çatdırdılar.
Dindirilmə zamanı məlum oldu ki, zərərçəkmiş şəxs kimi məhkəməyə dəvət olunan, yuxarıda adları hallanan şəxslərin heç biri ibtidai istintaqda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verməyiblər. Bu da vəkillərin narazılığına səbəb oldu.
Vəkil Osman Kazımov bunu prosessual pozuntu adlandırdı. Bildirdi ki, məhkəmə buna qiymət verməlidir: “Sonra dövlət ittihamçısı məhkəmənin sonunda iki cümlə ilə deyəcək ki, ittiham sübuta yetirilib”.
Hakim isə məhkəmənin buna sonda qiymət verəcəyini bildirdi: “Dindirilən zərərçəkənlərin məhkəmədə siyahısı var, hamısı da protokola qeyd olunub”.
Vəkil Yavər Hüseyn bildirdi ki, istintaqın bu hərəkəti qanunsuzdur. Vəkil Əkbər Bağırov prokurorun bu məsələyə münasibət bildirməsini istədi.
Dövlət ittihamçısı Fərid Nağıyev isə dedi ki, bütün bu məsələlərə sonda qiymət bildiricək: “Mənim deyəcəyəmi nə Osman Kazımov, nə də başqası deyə bilməz. Burada şou yaratmağa ehtiyac yoxdur”.
Osman Kazımov dedi ki, A.Abdullayev qanunsuz olaraq həbsdə saxlanır: “Bu da şoudur? Prokuror vəsatət qaldırsın ki, bu şəxslər zərərçəkmiş şəxslər siyahısından çıxarılsın”.
Prokuror isə cavabında vəkilin ona göstəriş vermək hüququnun olmadığını xatırlatdı.
Vəkil Osman Kazımov bu işə xitam verilməli olduğunu söylədi: “Olmayan cinayətə görə bu adamı həbs ediblər”.
Bundan sonra Abdulla Abdullayev qısa çıxış etdi: “1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 80 cild iş düzəldiblər, amma içində heç nə yoxdur. Mən bu ölkədə bir nəfərə də xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi gəzdirirlər. Heyvan kimi dörd divar arasında saxlayırlar. Nə qədər deyirəm ki danışmayacam, amma dözə bilmirəm. 8 ildir ki, binanın tikilməməsinin səbəbi elə prokurorluqdur”.
Bununla da məhkəmə prosesi aprelin 27-dək təxirə salındı.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024